31 Yanvar 2012 12:01
383
İQTİSADİYYAT
A- A+

Məhsul istehsalı 44 faiz artmışdır

 

Saatlı rayonunda aqrar bölmənin inkişafına dövlət dəstəyi nəticəsində məhsul istehsalında uğurlu nəticələr qazanılmışdır.

Ötən il rayonda ümumi məhsul istehsalı 58 faiz artmışdır. Ən çox artım isə kənd təsərrüfatında olmuşdur - 44 faiz.

2011-ci ilin may ayında "Aqrolizinq" ASC-nin Saatlı aqroservis bazasının istifadəyə verilməsi rayonun iqtisadi həyatında mühüm rol oynamışdır. Ötən il aqroservis bazası rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarına 3 min 558 ton mineral gübrə satmış, lizinq yolu ilə 2 min 50 hektar sahədə şum aparılmışdır.

Dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək müsbət nəticəsini vermişdir. Ötən il rayonda 73 min 854 ton taxıl məhsulları istehsal edilmişdir.

Rayonda heyvandarlıq gəlirli sahəyə çevrilmişdir. Təsərrüfatlarda 65 mindən çox qaramal, 94 mindən çox davar vardır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video