Mehriban Əliyevaya növbəti beynəlxalq etimad
Azərbaycanın Birinci vitse-prezidenti Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub
İslam dünyasının ən mötəbər idman tədbiri olan IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox atlet qalib adı uğrunda gərgin mübarizə aparacaq. Bütün nüfuzlu turnirlərdə uğurla çıxış edərək Azərbaycanın adını daim uca tutan idmançılarımız üçün doğma meydanda növbəti tarixi yazmaq üçün əla fürsət yaranıb. Azarkeşlərin medal gözlədiyi idman növləri sırasında gimnastika xüsusi yer tutur.
Ümumiyyətlə, gimnastika bütün dünyada populyarlıq qazanmış idman növlərindən biridir. Elə dövlətlər var ki, onlar gimnastika ölkəsi də adlanır. Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Rumıniya, Yaponiya və bir sıra digər ölkələr güclü gimnastları ilə məşhurdurlar. Bu ölkələrdə güclü gimnastika məktəbləri, ənənələri var. Təqdirəlayiq haldır ki, Azərbaycan da artıq bu ölkələr sırasına qoşulub. Son illər idmanın bu növü sürətlə inkişaf edir. Bu nailiyyətlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın federasiyaya rəhbərliyi sayəsində mümkün olub. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti olan Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün əsl inkişaf mərhələsi başlayıb.
Federasiyanın yeni rəhbərliyi ilk illərdə ölkə gimnastikasının imkanlarını öyrənib, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Bu istiqamətlər gimnastika bölmələrinin fəaliyyətinin gücləndirilməsi, məşq üçün yaxşı şəraitin yaradılması, yeni klub və bölmələrin açılması, ölkə çempionatının yüksək səviyyədə təşkili, AGF-nin beynəlxalq əlaqələrinin qurulması, dünya və qitə federasiyaları ilə əməkdaşlığın genişləndirilməsi idi. Azərbaycan gimnastlarının beynəlxalq yarışlarda daha çox iştirakının təmin edilməsi, gimnastikanın maddi-texniki bazasının möhkəmləndirilməsi və təbliğ olunması istiqamətində mühüm nəticələr əldə edildi.
Məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində ölkə gimnastikası özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Gimnastlarımız beynəlxalq turnirlərdə qazandıqları nəticələrlə xalqımızı sevindirməyə başladılar. Eyni zamanda bu sahədə aparılan məqsədyönlü fəaliyyət nəticəsində artıq Bakı beynəlxalq miqyaslı yarışlara evsahibliyi etməyə başladı.
Sevindirici haldır ki, ötən 15 il ərzində gimnastikanın bütün növlərinin inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər bəhrəsini verməkdədir. Bunun 2015-ci ildə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında bir daha şahidi olduq. İdman gimnastikası, bədii gimnastika və batut üzərindən tullanma yarışları, eyni zamanda iki yeni qeyri-olimpiya növü olan aerobika və akrobatika da 14-21 iyun tarixlərində I Avropa Oyunlarında nümayiş olundu. Bu yarışlarda gimnastlarımız 7 medal qazanaraq böyük uğura imza atdılar.
On iki ölkədən çoxlu sayda gimnastın yarışacağı İslamiadada yığmamız 9 idmançı ilə təmsil olunacaq. Yığmaya bədii gimnastika üzrə 3, kişi və qadın idman gimnastikası üzrə hər biri 3 olmaqla 6 idmançı daxildir. Ölkəmizi İslamiadada bədii gimnastika yarışlarında Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman gimnastları Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişi idman gimnastları Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər.
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ərəfəsində Azərbaycan gimnastikası adına daha bir xoş xəbər gəldi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yüksək mükafatı ilə təltif olundu. Bu qərar FIG Şurasının Bakıda keçirilən iclasında qəbul edildi. 2020-ci ildə Tokioda baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına hazırlıq dövründə FIG-in ali orqanlarının ilk dəfə Bakıda keçirilən bu iclasında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe və vitse-prezidentlər, Şuranın Konqres tərəfindən seçilmiş üzvləri, qitələrin gimnastika federasiyalarının, FIG-in texniki komitələrinin prezidentləri və digər vəzifəli şəxslər iştirak etmişlər.
Tədbirdə çıxış edən M.Vatanabe Azərbaycan Gimnastika Federasiyasının gördüyü işlərdən ətraflı söhbət açıb, gimnastikanın təbliği və inkişafı, ən müasir beynəlxalq standartlara uyğun gimnastika arenalarının tikintisi və təchizatı, idmançı və məşqçilərə göstərilən qayğı və onlar üçün yaradılan şərait, yarışların yüksək səviyyədə təşkili baxımından federasiyanın fəaliyyətini xüsusi qiymətləndirib. Azərbaycan Gimnastika Federasiyanın prezidenti, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-in yüksək mükafatı ilə təltif olunduğunu bildirib.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb
25 Aprel
Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunu...
25 Aprel
AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb
25 Aprel
Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb...
25 Aprel
Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb
25 Aprel
Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq
25 Aprel
Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq
25 Aprel
Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir
25 Aprel
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!