18 Iyul 2021 01:50
1161
CƏMİYYƏT
A- A+

“Mediada islahatlara doğru” mövzusunda seminarın iştirakçılarına sertifikatlar təqdim olunub

 

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə iyunun 14-dən iyulun 10-dək  “Mediada islahatlara doğru” mövzusunda keçirilən silsilə seminarlar başa çatıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə iyulun 14-də bağlanış mərasimi keçirilib.

Mərasimdə ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən silsilə seminarların növbəti mərhələsinin təşkil ediləcəyini bildirib. Prorektor qeyd edib ki, sözügedən seminarların təşkili istər rəqəmsal, istərsə də ənənəvi mediada yeni dövrün başlanğıcı kimi qəbul edilə bilər.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov seminarların əhəmiyyətini vurğulayaraq bu tədbirlərin mediada sağlam mühitin qurulmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, ümumilikdə media savadlılığının təmin edilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra ADA Universitetinin prorektor müavini, İxtisasartırma Proqramlarının rəhbəri Aygün Hacıyeva təqdimatla çıxış edərək bildirib ki, biliyə və səriştəyə əsaslanan seminar proqramını tədris edən təlimçilərin 60 faizi yerli, 40 faizi isə xarici mütəxəssislərdən ibarət olub.

ADA Universitetinin kommunikasiya və rəqəmsal media üzrə müəllimi Şəfəq Mehrəliyeva  jurnalistləri Azərbaycan cəmiyyətinin müəllimləri kimi qiymətləndirib, onlara bu missiyalarında uğurlar arzulayıb.

Tədbirin sonunda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Xatırladaq ki, seminarlar çərçivəsində “Al-Jazeera” Media İnstitutundan Montaser Maray, Rəsul Sərdar və Rene Ode, eləcə də “Haber Global”dan Can Mumay mühazirələrlə çıxış ediblər. 

Seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video