08:52 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Media Təhlil Mərkəzi: Respondentlərin 53 faizi dərslərin əyani qaydada aparılmasını istəyir
ANA SƏHİFƏ / TƏHSIL
16:34 20.09.2021

 

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesi sentyabrın 22-də başlanacaq. Mövzunun aktuallığını nəzərə alaraq, Media Təhlil Mərkəzi sorğu keçirib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sorğuda iştirak edən 704 respondentin 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edib. Yeni tədris ilində dərslərin keçirilmə forması ilə bağlı sualın cavablarından məlum olub ki, respondentlərin 30 faizi dərslərin distant, 53 faizi əyani, 13 faizi qarışıq (həm distant, həm ənənəvi) qaydada aparılmasını istəyir. Cavab verənlərin 4 faizi üçün isə tədrisin hansı formada keçiriləcəyinin fərqi yoxdur.

İştirakçıların 44 faizi dərslərin ötənilki kimi həm distant, həm ənənəvi qaydada keçiriləcəyini, 36 faizi ənənəvi təhsilin tam bərpa olunacağını, 19 faizi isə distant qaydada aparılacağını düşünür.

“Təhsil müəssisələrində koronavirus əleyhinə hansı tədbirlərin görülməsini məqsədəuyğun hesab edirsiniz?” sualına verilən cavablar aşağıdakı kimi olub:

18 yaşdan yuxarı tələbə və müəllimlərdən COVID-19 pasportu tələb edilməlidir – 58 faiz;

Şagird, tələbə və müəllimlər maska taxmalıdır – 43 faiz;

Təhsil müəssisəsi mütəmadi olaraq dezinfeksiya olunmalıdır - 69 faiz;

Siniflər dezinfeksiyaedici vasitələrlə təmin olunmalıdır - 58 faiz;

Şagirdlər arasında ara məsafə saxlanılmalıdır - 39 faiz;

Müəssisəyə daxil olanların hərarəti ölçülməlidir - 46 faiz;

Məktəblərdə tənəffüs müddəti siniflər üçün fərqli saatlarda təşkil olunmalıdır - 30 faiz.

Respondentlərin 8 faizi yeni tədris ili üçün alış-verişə 100 AZN-ə qədər, 28 faizi 100-200 AZN, 31 faizi 200-300, 22 faizi 300-500 AZN, 12 faizi isə 500 AZN-dən çox vəsait lazım olduğunu bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM