26 Noyabr 2021 22:44
1353
İDMAN
A- A+

Mədət Quliyev Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti seçilib

 

Noyabrın 26-da Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə tədbir iştirakçılarını salamlayan nazir Fərid Qayıbov konfransın işinə uğurlar arzulayıb.

Hesabat-seçki yığıncağında Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyəti barədə birinci vitse-prezident Sahib Ələkbərovun hesabat məruzəsi dinlənilib.

Sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev səsvermə nəticəsində dörd il müddətinə federasiyanın prezidenti seçilib.

Sahib Ələkbərov federasiyanın birinci vitse-prezidenti kimi fəaliyyətini davam etdirəcək.

Konfransda, həmçinin Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev federasiyanın vitse-prezidenti seçilib. AzVİF-in prezidenti və vitse-prezidentləri həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqləniblər. İcraiyyə Komitəsinin digər üzvləri Elşən Həsənov, Nadim Babayev və Vüqar Salahov olublar. Fərhad Əliyev yenə federasiyanın baş katibi kimi fəaliyyət göstərəcək.

Tədbirdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının yeni prezidenti Mədət Quliyev qarşıda idmançılarımızı nüfuzlu yarışların gözlədiyini bildirib və daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video