05:13 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

 Mədəniyyət naziri Anar Kərimov Özbəkistanda bir sıra görüşlər keçirib
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
13:02 16.09.2021

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda bir sıra görüşlər keçirib. Sentyabrın 15-də Anar Kərimov Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimovla görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətini salamlayan Baş nazirin müavini əsrlərlə dost və qardaşcasına yaşayan Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolu olduğunu vurğulayıb. O, 44 günlük müharibədə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərini çatdırıb, Özbəkistanın Azərbaycanın haqq işini dəstəklədiyini bildirib.

Baş nazirin müavini 2019-cu ildə Azərbaycanın ev sahibliyi etdiyi UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakından söhbət açıb, səfər çərçivəsində İçərişəhərdə olduğunu xatırladıb. Bakının bu tarixi məkanının Xivədəki İçan Kala şəhər qoruğu ilə oxşarlığından, İçərişəhər təcrübəsinin İçan Kala qoruğunda tətbiqi barədə fikir mübadiləsi aparılıb.

İki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən Anar Kərimov Vətən müharibəsi zamanı Özbəkistanın ilk günlərdən Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

Daha sonra nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ermənilərin mədəni irsimizə qarşı həyata keçirdiyi vandalizm barədə məlumat verib. Bildirib ki, 30 illik işğal zamanı Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus tarixi abidələr, məscidlər də daxil olmaqla, bütün infrastruktur dağıdılıb, talan edilib. Hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən geniş bərpa və yenidənqurma işləri aparılır.

Görüş zamanı yeni konservasiya və bərpa mərkəzlərinin, arxeoloji ekspedisiyaların yaradılması, mədəniyyət sahəsinin dəstəklənməsi məqsədilə müvafiq fondların təsis edilməsi ilə bağlı Özbəkistan təcrübəsinin bölüşülməsi məsələsinə diqqət çəkilib. Azərbaycan və Özbəkistanın bərpa və konservasiya sahəsində qarşılıqlı mütəxəssis mübadiləsi, habelə birgə təlimlərin, bu sahədə Özbəkistanın müvafiq təhsil ocaqlarında yaradılan fakültələrdə təhsil barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, Özbəkistanda məşhur olan xalq yaradıcılığı, xüsusən ağac üzərində oyma, keramika, ipək və digər sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi, iki ölkədən sənətkarların iştirakı ilə festivalların keçirilməsi barədə söhbət açılıb.

Həmin gün Anar Kərimovun Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovla da görüşü olub. Nazir ilk olaraq Özbəkistana dəvət üçün təşəkkürünü bildirib, keçirilən tədbirləri yüksək qiymətləndirib. Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimovla görüşü barədə söhbət açan Anar Kərimov müzakirə olunan məsələlər haqqında məlumat verib.

Görüşdə Özbəkistanda əl sənətinin inkişafı xüsusi vurğulanıb, birgə tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, Özbəkistan Makam (muğam) İnstitutu ilə Bakıdakı Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb.

Özbəkistanda Xarəzmşahların sonuncu hökmdarı Cəlaləddin Manquberdi (1199-1231) haqqında filmin çəkilməsi, Azərbaycan aktyorlarının ekran işində iştirakı barədə söhbət açılıb. Həmçinin tanınmış sərkərdə haqqında araşdırmaların aparılması, fəaliyyətinin müəyyən bir dövrünün Azərbaycanla bağlı olmasına görə ölkəmizə də elmi ekspedisiyanın təşkili və s. məsələlər diqqət mərkəzinə çəkilib. Bundan əlavə, “Özbəkfilm”lə birgə Türk dünyasının məşhur əfsanəvi siması Molla Nəsrəddin haqqında filmin çəkilməsinin bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Görüşdə iki ölkənin beynəlxalq təşkilatlar, xüsusilə də UNESCO, TÜRKSOY və Türk Şurası çərçivəsində əməkdaşlığının gücləndirilməsi, UNESCO-nun müvafiq siyahıları üçün Azərbaycan və Özbəkistan tərəfindən birgə nominasiyaların hazırlanmasının əhəmiyyəti qeyd olunub.

Nazirlərin görüşündə, həmçinin Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”nın elan edilməsi və gələcək əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM