22 Sentyabr 2012 02:09
259
PARLAMENT
A- A+

«Məcburi tibbi sığorta haqqında» qanunun qəbul edilməsi zərurəti yaranıb

 

Dünən Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. İclasın gündəliyinə iki məsələ - 2012-ci ilin yaz və növbədənkənar sessiyası dövründə bu  komitədə görülən işlər və 2012-ci ilin payız sessiyasının gündəliyinin təsdiq olunması barədə məsələlər daxil edilib.

Komitənin sədri Hadi Rəcəbli bildirib ki, parlamentin yaz və növbədənkənar sessiyası dövründə komitənin 6 iclası və 2 dinləməsi keçirilib. Həmin iclaslarda 8 məsələ müzakirə edilib. Milli Məclisin plenar iclasına isə 6 qanun layihəsi tövsiyə olunub.

Həmin dövr ərzində komitəyə 670 sənəd, o cümlədən vətəndaşlardan 610 ərizə, nazrliklərdən və idarələrdən 60 cavab məktubu daxil olub. Komitənin ünvanına daxil olan ərizələr əsasən (360 ərizə ünvanlı sosial yardımla bağlı, 90 ərizə əmanətlərin qaytarılması, 110 ərizə pensiyaların artırılması, 30 ərizə veteranların imtiyazları, 30 ərizə torpaq sahəsinin verilməsi, səhiyyə problemləri, 80 ərizə isə əlillərin mənzillə təmin olunması ilə bağlı) sosial xarakter daşıyır. 360 nəfər vətəndaş qəbul edilib və onların ərizələri aidiyyəti üzrə əlaqədar təşkilatlara göndərilib.

H.Rəcəbli komitənin payız sessiyasının gündəliyinə təklif edəcəyi qanun layihələri barədə də məlumat verib. Onun sözlərinə görə, parlamentin payız sessiyasının gündəliyinə 2 qanun layihəsi - "Reproduktiv sağlamlıq haqqında" və "Sosial sifariş haqqında" qanun layihələri daxil ediləcək. Bununla yanaşı, komitə Ailə və Əmək məcəllələrinə də dəyişiklikləri nəzərdə tutub. Bu dəyişikliklər əsasən gənc ailələrin sosial müdafiəsi, nikaha daxil olan şəxslərdən tibbi arayışın tələb edilməsi, ali və orta ixtisas məktəblərində təhsil alan hər iki valideynini itirmiş uşaqların təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ilə bağlıdır.

İclasda həmçinin qeyd edilib ki, artıq "Məcburi tibbi sığorta haqqında" qanun layihəsinin qəbul edilməsi zərurəti yaranıb və komitə üzvləri bununla bağlı Nazirlər Kabinetinə müraciət edəcək.

Komitə üzvləri təklif olunan qanun layihələri və dəyişiklikləri müsbət qiymətləndiriblər. 

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video