16 May 2021 21:22
1138
PARLAMENT
A- A+

MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib

 

MDB Parlament Assambleyasının (PA) iki daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının iclasına Milli Məclisin deputatı, bu komissiyanın sədr müavini Əminə Ağazadə sədrlik edib.

İclasda “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Maliyyə əməliyyatları haqqında”, “Öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üsulları haqqında”, “Sığorta haqqında”, “Fondlar haqqında”, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” (yeni redaksiya) model qanunların layihələri müzakirə olunub. “Müqavilə hüququ (ümumi müddəalar) haqqında” qanun layihəsi üzərində işlərin gedişi nəzərdən keçirilib.

Videokonfransda Hüquqi məsələlər üzrə daimi komissiyanın sədr müavini Əminə Ağazadə Parlamentlərarası Assambleyanın Daimi Komissiyaları haqqında Əsasnaməyə təklif olunan əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib. Məsələ geniş müzakirə olunub.

Komissiyada bir sıra sənədlərə, o cümlədən model qanunvericilik aktlarının hazırlanmasına dair təkliflərə münasibət bildirilib. Təşkilati məsələlərə baxılıb.

MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyanın iclasında iştirak edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva “MDB-nin beynəlxalq müşahidəçiləri üçün seçkilərin və referendumların müşahidəsi ilə əlaqədar Tövsiyələrin yeni nəşrinin layihəsinin hazırlanması” məsələsinə dair fikirlərini videokonfrans iştirakçılarının diqqətinə çatdırıb.

İclasda “Beynəlxalq nəzarət haqqında”, “Dövlət və bələdiyyə xidmətləri haqqında”, “İnzibati prosedurlar haqqında”, “Dövlət və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi haqqında” model qanunların konsepsiyası müzakirə olunub.

Komissiyada seçkilərdə texniki avtomatlaşdırma vasitələrindən istifadə, milli seçkilərə xarici müdaxilənin qarşısının alınması, yerli özünüidarəetmə problemlərinin həllində bələdiyyə-özəl tərəfdaşlıq mexanizminin istifadəsi barədə tövsiyələr konsepsiyası və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video