22 Oktyabr 2021 00:23
1019
SİYASƏT
A- A+

MDB PA-nın komissiyalarının və səhiyyə üzrə ekspert şurasının iclası keçirilib

 

Oktyabrın 21-də Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) iki daimi komissiyasının və səhiyyə üzrə ekspert şurasının videokonfrans formatında iclasları keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclaslarda 2020-ci ildə görülən işlər təhlil edilib, icraatlarda olan məsələlərə nəzər salınıb, model qanun və tövsiyə layihələri fikir plüralizmi şəraitində müzakirə olunub, rəy və təkliflər irəli sürülüb. Həmçinin komissiya iclaslarında təşkilati məsələlərə baxılıb, hər üç strukturun növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

İlk olaraq MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclası keçirilib.

İclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva da iştirak edib.

MDB-yə üzv dövlətlər üçün dayanıqlı inkişaf konsepsiyalarının layihələri və dayanıqlı inkişaf konsepsiyalarının qanunverici əsasları haqqında məruzə dinlənilib, seçkiləri və referendumları müşahidə üzrə MDB ölkələrinin beynəlxalq müşahidəçiləri üçün yeni tövsiyə layihəsi üzərində görülən işlər nəzərdən keçirilib. Sonra dövlət və bələdiyyə sektorunda seçkilərin keçirilməsinin bir çox aspektləri, həmçinin xidmətlərin göstərilməsi, əmlakın özəlləşdirilməsi kimi məsələlərlə bağlı model qanun layihələri müzakirə olunub.

Qeyd edək ki, Milli Məclisin deputatı Jalə Əliyeva “MDB üzv-dövlətləri üçün dayanıqlı inkişaf konsepsiyaları layihələri və MDB üzv-dövlətləri üçün dayanıqlı inkişaf konsepsiyalarının qanunverici əsasları haqqında” məsələ ilə bağlı səsvermədə Azərbaycan tərəfinin xüsusi mövqeyə malik olduğunu ifadə edib və buna görə də bitərəf qaldıqlarını bildirib.

MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyanın onlayn iclasında isə gündəlikdə duran “Radioaktiv çirklənməyə məruz qalmış ərazilərin hüquqi rejimi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” (yeni redaksiyada), “İstehsal və istehlak tullantıları haqqında” “(yeni redaksiyada), “Xüsusi mühafizə olunan təbiət əraziləri haqqında” (yeni redaksiyada), “Ekoloji informasiyanın əlçatanlığı haqqında” (yeni redaksiyada), “Ekoloji fondlar haqqında”, “Arıçılıq haqqında”, “Orqanik kənd təsərrüfatı haqında”, “Mədənçıxarma fəaliyyətinin ətraf ərazidə yaşayan əhalinin sağlamlığına potensial təsirinin qiymətləndirilməsi haqqında” model qanun və tövsiyə layihələrinə baxılıb, digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, iclasda Milli Məclisin deputatı, MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının sədr müavini Mixail Zabelin də iştirak edib.

MDB PA nəzdində Səhiyyə üzrə ekspert şurasının iclasında “MDB üzv-dövlətlərində dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün bioetika, müqayisəlisəhiyyə və bərpa  prinsipləri” mövzusunda informativ sessiya keçirilib. Sessiyada MDB üzv-dövlətlərində dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlətlərin milli səhiyyə sistemlərinin təkmilləşdirilməsi aspektləri, biotəhlükəsizliyin təminatının hüquqi-təşkilatı yönləri, ilkin sosial-iqtisadi şərtlərin korrelyasiyası kimi məsələlər araşdırılıb, fikir mübadiləsi aparılıb.

Tədbirdə Milli Məclisin deputatı Anatoliy Rafailov  iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video