Maska cərimələrdən yaxa qurtarmaq üçün deyil...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ötən ilin mart ayında pandemiya elan edilmiş COVID-19 hələ də bütün dünyada tüğyan etməkdə, hər gün müxtəlif ölkələrdə insanların sağlamlığını, həyatını təhdid etməkdədir. Artıq bu təhlükəli virusa yoluxanlar arasında vəfat edənlərin sayı 4,5 milyonu ötüb. Təəssüf ki, ölkəmizdə də hər gün koronavirus onlarla insanın həyatına son qoyur.
Bu qlobal bəlanın nə qədər təhlükəli olduğu artıq heç kimə sirr deyil. Bütün dünyada mütəxəssislərin koronavirusla mübarizə yollarını axtardığı, araşdırmalar apardığı bir vaxtda hər kəsin üzərinə sadə və olduqca əhəmiyyətli vəzifələr düşür - peyvənd olunmaq, maska taxmaq, məsafə saxlamaq, gigiyenik qaydalara əməl etmək.
Koronavirus səbəbindən yenidən yoluxma və ölüm sayının artdığı bir vaxtda hər gün rastlaşdığımız mənzərələr təəssüf doğurur. Hələ də bir çoxlarının həm özünün, həm da ətrafındakı insanların həyatına, sağlamlığına laqeyd yanaşdığını görürük. Paytaxtda hərəkət edən avtobusların çoxunda nəinki sərnişinlər, hətta sürücülər də maskadan istifadə etmirlər. Bəzi avtobuslarda sürücülərin “Qabaqda yoxlayırlar, maskalarınızı taxın” deyə sərnişinləri “xəbərdar” etdiklərinin də şahidi oluruq. Halbuki hər kəs bilməlidir ki, maska cərimələrdən yaxa qurtarmaq üçün taxılmamalıdır. Maska taxmaq təhlükəli virusa yoluxmadan qorunmaq üçün tövsiyə olunur.
Qaydalara eyni etinasız münasibət metroda da hökm sürür. Burada fərq ondadır ki, sərnişinlər metroya daxil olarkən maska taxmalı olurlar. Lakin sonra sanki onun əhəmiyyətini “unudurlar”. Belə ki, sərnişinlərin çoxu metro stansiyalarında və vaqonlarda maskanı tələb olunan qaydada taxmırlar. Məsafə saxlamağı da yaddan çıxarırlar. Maska taxmağın, məsafə saxlamağın vacib olduğu alış-veriş mərkəzlərində də eyni mənzərələrlə rastlaşırıq.
Sadə qaydalara etinasız münasibətin böyük bəlalara yol açdığını bilirik. Hər gün eşitdiyimiz, oxuduğumuz xəbərlər koronavirusun nə qədər təhlükəli olduğunu bizə xatırladır. Nəzərə almalıyıq ki, ətrafımızda risk altında olan, yaşlı, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar var. Qaydalara laqeyd yanaşmaqla onların yoluxma riskini yüksəltmiş oluruq. Ancaq COVID-19-un gənc, sağlam insanlara da rəhm etmədiyi hər birimizə məlumdur. Bu da o deməkdir ki, cəmiyyətdə heç kəsin koronavirus infeksiyasına yoluxub-yoluxmayacağı, yaxud da bu xəstəliyi neçə keçirəcəyini qabaqcadan söyləmək mümkün deyil.
Digər təəssüf doğuran hal isə bəzilərinin koronavirusa yoluxduğunu bilə-bilə həm özünün, həm da başqalarının səhhətinə laqeyd yanaşaraq bu bəlalı virusun əhatəsini genişləndirməsinə şərait yaratmasıdır. Demək olar ki, hər gün DİN əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ictimai yerlərdə aktiv koronavirus xəstəsi aşkarlanır. COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən olunan həmin şəxslərə qarşı müvafiq tədbirlər görülür.
Bu qlobal bəlanın qurbanı olmamaq üçün həm özümüzü, həm də ətrafımızdakı insanları düşünməliyik. Məsuliyyətli olmasaq, mütəxəssislərin tövsiyələrini dinləməsək, qaydalara əməl etməsək, gözəgörünməz düşmənin meydanını genişləndirməsinə şərait yaradacağıq. Məhz buna görə bütün qaydalara riayət etməliyik. Ən azından ona görə ki, nəinki qarşımızdakı vətəndaşın, hətta özümüzün bu an virus daşıyıcısı olub-olmadığımıza əmin deyilik.
Nərminə ƏSGƏROVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək
19 Mart
Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb
19 Mart
Azərbaycan nefti bahalaşıb
19 Mart
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
19 Mart
Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib
19 Mart
Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib
19 Mart
Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib...
19 Mart
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
19 Mart
Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik
19 Mart
Füzuli şəhəri növbəti sakinlərinə qovuşdu
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!