11:51 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Masallıda çəltik biçini gedir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:16 22.09.2021

 

Bu il rayon üzrə 281 hektarda çəltik becərilib

 

- Dədə-babadan çəltik əkib-becərməklə məşğul olmuşuq, onunla dolanmışıq. Lazımi qədərini ruzi kimi götürdükdən sonra qalanını satıb dərdimizə-sərimizə məsrəf etmişik. Yanımdakı bu cavan, cüssəli oğlan nəvəm Elmidardır. 90-cı illərdə onun anasının və digər uşaqlarımın toyunu düyü ilə yola vermişəm.

- Zakir kişi, eşitmişəm, sovetlər zamanı çəltik əkib-becərməyə imkan verilməyib, - deyə soruşuram.

- Düzdür, ona görə ki, onda Moskvaya, Rusiyanın digər şəhərlərinə tərəvəz lazım idi. Həmin məqsədlə bu ərazilərdə pomidor, xiyar, bibər, digər tərəvəzlər yetişdirilirdi.

Buna baxmayaraq, bəzi adamlar öz həyətyanı sahələrində çəltik əkirdilər. SSRİ dağıldıqdan, torpaqlar kəndlilərə, yəni əsl sahiblərinə verildikdən sonra sərbəstlik yarandı. Adamlar pay torpaqlarında istədikləri kənd təsərrüfatı məhsullarını yetişdirməyə başladılar. Mən və iki oğlum, demək olar ki, hər il çəltik əkirik. Keçən il əkdiyim 2 hektarın hər birindən 45 sentner məhsul götürdüm. Satışında da heç bir problemlə qarşılaşmadım. Alıcı gəlib qapımdan hamısını götürüb apardı. Bu il isə 3,5 hektarda çəltik əkmişəm. Düzdür, suvarma zamanı müəyyən çətinliklə qarşılaşdıq. Allahın evi abadan, bu il də məhsulumuz bol, üzümüz ağdır. Nəvələrim Sahib və Sahil də nəslin peşə vərdişini davam etdirirlər. Onlar keçən il yüksək nəticə əldə etdilər: 1,5 hektardan 7 ton çəltik götürdülər ki, bu da hər hektardan təqribən 46,7 sentner məhsul deməkdir. Bu il onlar həmin rəqəmi 10 tona çatdırmaq fikrindədirlər.

Sahənin kənarında bu barədə söhbət edərkən torpaq mülkiyyətçisi Zakir Xanmədovun nəvəsi Elmidar babasına deyir:

- Kombayn odur, dəmir yolunun keçidini aşdı.

Z. Xanmədov:

- Hə, mən də gördüm, uzağı 10 dəqiqəyə gəlib çatar.

Öyrənirəm ki, Zakir kişi çox vaxt “Apollo” sortu əkir. Bu sort 100 günə yetişir.

Kombayn sahənin kənarında dayanır. Onu idarə edən Yaşar İmanov kabinədən düşüb bizə yaxınlaşır, görüşüb hal-əhval tutur.

Z. Xanmədov:

- Bacarıqlı, işgüzar adamdır, - deyir, - hər il mənim çəltiyimi biçir.

Birlikdə sahəni nəzərdən keçirirlər. Sonra kombaynçı kabinəyə qalxıb mühərriki işə salır. İrəlilədikcə biçdiyi sahənin çəltiyini döyüb bunkerə ötürür. Mülkiyyətçi Zakir kişinin üzü gülür. Necə də sevinməsin?! Aylardan bəri gözlədiyi gün gəlib çatmışdır.

Beləcə, çəltik istehsalı Masallıda ildən-ilə artır. Bu isə öz növbəsində kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlara göstərilən qayğıkeşliyə, diqqətə cavabdır. Nəticədə düyü idxalı azalır, xaricə valyuta axınının qarşısı alınır, eyni zamanda əhali ekoloji cəhətdən daha sağlam hesab olunan yerli məhsulla təmin edilir.

Çəltiyin əkilib-becərilməsində mütərəqqi texnika və texnologiyanın tətbiqi istehsalçıların işini xeyli asanlaşdırmışdır. Bu ilin aprel ayında 64 fermer bağladıqları müqaviləyə əsasən 281 hektarda çəltik əkmişlər. Hazırda rayonda Koreya və Polşa istehsalı olan 6 çəltikyığan kombayn var. Onu da qeyd etmək lazımdır ki, istehsalçılar 5-6 il bundan öncə yetişdirdikləri çəltiyi döymək, ondan düyü almaq üçün Lənkəran və ya Astara rayonlarına getməli olurdular. İndi isə Masallı şəhərində xarici avadanlıqlar quraşdırılmış xüsusi zavod fəaliyyət göstərir. Müəssisə çəltiyi götürüb qurudur, döyür və təmizləyərək sahibinə təhvil verir.

 

Seyran CAVADOV,

 “Azərbaycan” 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM