04 Iyul 2021 00:42
828
İDMAN
A- A+

Mançini finalı hədəfləyir

 

“Heç bir oyun seqmentində bizim üçün çətin olmadığını düşünürəm. Belçika kimi bir komandanı məğlub etmək üçün qüsursuz oynamaq lazım idi və bu gün tam olaraq belə oldu”. Bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini “Avro-2020”nin 1/4 finalında Belçikaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

“İki qol vurduq və daha çox fərqlənə bilərdik. Məncə qələbəyə tamamilə layiqik. Növbəti hədəf İspaniya millisidir. Amma nə qədər irəliləsək, bir o qədər çətin olur. İndi sadəcə oyundakı qələbəmizi düşünmək istəyirik”, - deyə o, bildirib.

Mançini komandasının oyun üslubundan məmnun olduğunu vurğulayıb: “Həqiqətən də yaxşı işlər görmüşük. Bu turnirdə hələ çox şey göstərməli olan komandamızın olduğunu anlayaraq “Uembli”yə gedirik.  İspaniya da Belçika kimi çox sərt rəqibdir.  İtaliya millisinin oyundan-oyuna irəlilədiyini düşünürəm. Çətin sınaqlardan çıxdıq, yaxşılaşdıq və yenə də inkişaf edə bilərik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video