10:30 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Malayziya Azərbaycan ilə münasibətlərin daha da dərinləşməsində maraqlıdır
ANA SƏHİFƏ / PARLAMENT
03:06 29.06.2012

 

İyunun 28-də Azərbaycanda səfərdə olan Malayziya Baş nazirinin departament naziri  Dato Seri Mohamed Nazri bin Azizi Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşüb. Oqtay Əsədov bildirib ki, Malayziya Azərbaycan üçün önəmli ölkədir. Azərbaycan bu ölkə ilə  müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlıdır və bu baxımdan, qarşılıqlı səfərlərin intensiv hal alması vacibdir.

Milli Məclisin Sədri təəssüflə qeyd edib ki, bugünədək ölkələrimiz arasında əməkdaşlıq üçün hüquqi baza formalaşmayıb. Ancaq hazırda 14 sənəd üzərində iş gedir: "Hesab edirik ki, bu sənədlərin tezliklə imzalanması münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün yaxşı imkanlar var. Bunun üçün biznes forumların keçirilməsi də öz töhfəsini verə bilər".

Oqtay Əsədov vurğulayıb ki, parlamentlər dövlətlərarası əməkdaşlığın daha da inkişafında mühüm rol oynayır. Bu baxımdan, qanunverici orqanlar səviyyəsində əlaqələrin mütəmadi xarakter alması çox vacibdir. O.Əsədov hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini yüksək qiymətləndirib və bildirib ki, deputatlar arasında tez-tez görüşlərin keçirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcək. O.Əsədov Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsində Malayziyanın dəstəyini yüksək qiymətləndirib.

Milli Məclisin Sədri bildirib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi ağır problemi var: "Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Malayziyanın beynəlxalq qurumlar, o cümlədən BMT və İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində rəsmi Bakının haqlı mövqeyini dəstəkləməsini bu ölkənin Azərbaycana olan dost münasibəti kimi başa düşürük. Ümid edirik ki, Malayziya tərəfi bundan sonra da ölkəmizin haqlı mövqeyini müdafiə edəcək".

Spiker görüşdə Xocalı faciəsinin Meksika Konqresi, Pakistan və Kolumbiya Senatı, həmçinin ABŞ-ın bəzi ştatları tərəfindən dinc sakinlərə qarşı törədilmiş soyqırımı kimi tanınmasını vurğulayıb və yaxın gələcəkdə Malayziya parlamentinin də bu istiqamətdə müvafiq addım atacağına ümidvar olduğunu bildirib.

Dato Seri Mohamed Nazri bin Azizi Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib və qeyd edib ki, Malayziya da Azərbaycan ilə münasibətlərin dərinləşməsində maraqlıdır. O, belə bir fikri vurğulayıb ki, siyasi münasibətlər sisteminin mühüm tərkib hissəsi olan parlamentlərarası əlaqələrin inkişafı günün tələbidir. Bu baxımdan, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi məqsədlərə xidmət edir. O, bu sahədə əlaqələrin dərinləşməsinin iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərəcəyinə inandığını bildirib. Nazir Dağlıq Qarabağ münaqişəsinin həllində Malayziyanın hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da ölkəmizin haqlı mövqeyini müdafiə edəcəyini söyləyib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

"Azərbaycan"

Foto F.BAĞIROVUNDUR



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM