28 Oktyabr 2021 12:52
730
Mədəniyyət
A- A+

Mahmut Erol Kılıç: Nizami Gəncəvi irsi tolerant bir cəmiyyətin qurulması üçün ən gözəl nümunədir

 

Nizami Gəncəvi kimi böyük şəxsiyyətləri öyrənmək, tədqiq etmək, onun ideyalarını yaymaq çox vacibdir. Nizami yaradıcılığıni uşaqlara məktəbdə mükəmməl öyrətmək lazımdır. Çünki onun yazdıqları başdan-başa həyat dərsi, ibrətamiz biz mənbədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi, professor Mahmut Erol Kılıç Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində keçirilən “Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış” mövzusuna həsr olunmuş panel iclasda deyib.

“Biz mükəmməl cəmiyyət yetişdirmək istəyiriksə özümüzdə dəyişiklik etməliyik. Hər bir insanın özünü tanıması onu rəbbini tanımasına gətirəcəkdir. Çünki insanın özünü tanıdıqdan sonra Allahını tanıya bilər. Bir çox filosoflar var ki, biz onları mütləq kəşf etməliyik. Cəhalət alimləri tanımamaqdan başlayır. Biz yenidən Nizami Gəncəvilər yetişdirmək haqqında düşünməliyik. Nizami Gəncəvini oxusaq bütün müsəlman ölkələri bizə qoşularaq onu yenidən kəşf edər. Çünki insanlar Nizami Gəncəvi dəyərlərini bilsə tolerant bit cəmiyyət quracaq”, - deyə professor bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video