29 Yanvar 2012 12:01
356
İQTİSADİYYAT
A- A+

Madriddə keçirilmiş «FİTUR-2012» Beynəlxalq turizm sərgisində Azərbaycanın bu sahədə potensialı layiqincə təqdim edilmişdir

 

İspaniyanın paytaxtı Madrid şəhərində "FİTUR-2012" Beynəlxalq turizm sərgisi başa çatmışdır.

Xəbər verdiyimiz kimi, dünyanın 166 ölkəsindən 10.434 şirkətin iştirak etdiyi  bu nüfuzlu sərgidə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini  Nazim Səmədovun rəhbərliyi altında geniş  nümayəndə heyəti ilə təmsil olunmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nümayəndə heyəti bu beynəlxalq tədbirdən əvvəl və sərginin davam etdiyi günlərdə ölkəmiz üçün ayrılmış 52 kvadratmetrlik pavilyonda respublikamızın zəngin turizm potensialını nümayiş etdirməklə yanaşı, qərargahı Madrid şəhərində yerləşən Dünya Turizm Təşkilatının (DTT), həmçinin İspaniyanın aparıcı turizm qurumlarının rəhbərləri ilə ikitərəfli  görüşlər keçirmişdir.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşdə bu qurum ilə Azərbaycan arasında  əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və  perspektiv inkişaf planları, bu il aprelin 12-dən 14-dək Bakıda keçiriləcək XI "AITF" Beynəlxalq turizm və səyahətlər sərgisində DTT-nin ayrıca pavilyon ilə təmsil olunması, ölkəmizin statistika üzrə mütəxəssisləri üçün Azərbaycanda və ya İspaniyada təlim proqramının təşkili, 2013-cü ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda turizm üzrə sessiyanın təşkil edilməsi və digər məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılmışdır.  

Azərbaycan nümayəndə heyəti "VI Exceltur Tourism and Leadership" Forumunun iştirakçıları arasında olmuşdur. Forumun rəsmi açılış mərasimində İspaniyanın Baş naziri Maryano Raxoy, "FİTUR" sərgisi Təşkilat Komitəsinin prezidenti Antonio Vazqez, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, "Exceltur"un sədri və "Melia Hotels International"ın vitse-prezidenti Sebastian Escarrer və bir sıra dövlətlərin turizm üzrə yüksək vəzifəli şəxsləri iştirak etmişlər.

Forumda "Turizm İspaniyanın sosial-iqtisadi bərpasını sürətləndirməyə kömək etmək üçün hökumətin prioritet sahəsidir" mövzusunda məruzə dinlənilmişdir. Həmçinin "Ölkələrin həyata keçirdiyi təsirli siyasətlər və strategiyalar vasitəsilə turizm sənayesinin siyasi gündəliyin zirvəsinə yüksəldilməsi, "2012-ci il üçün vaxtından əvvəl əsas çağırışlar: özəl sektor liderlərinin nöqteyi-nəzərləri",  "Turizmdə dövlət və özəl sektorların əməkdaşlığı: aparıcı institutların öncə görmələri və müvəffəqiyyətli təcrübələri", "2012-ci ildə Avropa və İspaniya iqtisadiyyatları üçün iqtisadi və istehlakçı meyillər: turizm sənayesi üçün cəlbetmələr", "Yeni turizm siyasətinin həyata keçirilməsi və regional əməkdaşlığın təkmilləşdirilməsi", "Sədrliyin ötürülməsi və "Exceltur"un 10-cu ildönümünün qeyd edilməsi" mövzuları üzrə açıq müzakirələr təşkil edilmişdir. Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəallıq göstərmişdir. 

Forumun bağlanış mərasimində İspaniya Kralı Xuan Karlos və xanımı iştirak etmişlər.

Forum başa çatdıqdan təntənəli açılış mərasimi keçirilən "FİTUR-2012" Beynəlxalq turizm sərgisində Azərbaycan layiqincə təmsil olunmuşdur. Sərginin davam etdiyi müddətdə Azərbaycan pavilyonuna çoxlu sayda turizm şirkətlərinin nümayəndələri və yerli ziyarətçilər gəlmişlər.

Azərbaycana səfər etmək marağında olanlara ölkəmizə gəlmək üçün vizanın alınması qaydaları, gediş-gəliş üçün nəqliyyat vasitələri, prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri, bu il mayın 22-dən 26-dək Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi haqqında məlumatlar verilmiş, ziyarətçilərə ölkəmizin turizm potensialına və Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa dair məlumat xarakterli müxtəlif reklam-çap məhsulları təqdim edilmişdir. Sərgidə təmsil olunan Azərbaycanın  turizm şirkətləri ilə digər ölkələrin analoji qurumları arasında görüşlər keçirilmiş və gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

"FİTUR-2012" Beynəlxalq turizm sərgisində Azərbaycan mədəniyyətinin təbliğ olunması məqsədilə Dövlət Mahnı və Rəqs Ansamblının 4 nəfərdən ibarət heyəti xüsusi proqram üzrə həm səhnədə, həm də Azərbaycan pavilyonunda çıxış etmişdir. Həmçinin sərgi zamanı ziyarətçilərə Azərbaycanın turizm potensialını əks etdirən filmlər və reklam çarxları nümayiş etdirilmişdir.

Azərbaycan 2007-ci ildən başlayaraq ənənəvi "FİTUR" Beynəlxalq turizm sərgisində təmsil olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video