20 Iyun 2021 18:19
795
SİYASƏT
A- A+

Madriddə Azərbaycan diasporu ilə görüş təşkil edilib

 

Azərbaycanın Madriddəki səfirliyində səfir Ramiz Həsənov və İspaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirlikdəki görüş 15 İyun - Milli Qurtuluş Gününə həsr edilib.

Səfir Ramiz Həsənov diaspor nümayəndələrini salamlayaraq, Azərbaycan dövlətçiliyinin çoxəsrlik tarixindəki Heydər Əliyev dövrünün vacib, misilsiz və əvəzolunmazlığını bildirib: 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür, tarixin ən parlaq səhifələrindən biri olaraq, bu gün dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin əsasını qoyan günlərdən biridir. Dövlətçilik tariximizin şanlı səhifəsi olan bu tarix məhz Ulu Öndərin sayəsində meydana gəlib”.

44 günlük Vətən müharibəsindəki şərəfli Qələbədən danışan səfir Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin ölkəmizin Qarabağ müharibəsində Qələbəsini və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdiyini vurğulayıb. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə baş tutan bu Qələbə xalqımızın mərdliyini, cəsarətini göstərdi və bütün dünya azərbaycanlılarının vətənpərvərlik ruhunu yüksəltdi.

Azərbaycan diasporu nümayəndələrinə müraciət edən Ramiz Həsənov milli məsələlərdən söhbət gedərkən, ümumi konsolidasiyaya zərurətin olduğunu vurğulayıb. Səfir həmvətənlərimizi İspaniyada Azərbaycan həqiqətlərinin təbliği, ispan cəmiyyətinə inteqrasiya istiqamətində səyləri artırmağa çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video