14 Oktyabr 2019 19:49
1595
Qəbullar
A- A+

Macarıstan və Azərbaycan arasında münasibətlər indi çox yüksək səviyyədədir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb.

Macarıstanın Baş Nazirini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Xoş gəlmisiniz, cənab Baş Nazir. Sizi Azərbaycanda görməyimə çox şadam. Çox şadam ki, Siz sabah Sammitdə iştirak edəcəksiniz. Bu, həm də çox müsbət olan ikitərəfli gündəliyimizi müzakirə etmək üçün yaxşı fürsətdir. Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Mən sizin ölkəyə səfərimi və bizim söhbətlərimizi, həmçinin Avropa İttifaqının tədbirləri çərçivəsində görüşlərimizi xatırlayıram. Sevindirici haldır ki, Macarıstan və Azərbaycan arasında münasibətlər indi çox yüksək səviyyədədir. Əminəm ki, bu səfərdən sonra biz tərəfdaşlığımıza yeni təkan verəcəyik.

X X X

Macarıstanın Baş Naziri Viktor ORBAN dedi:

-Cənab Prezident, bizi burada qəbul etdiyiniz üçün çox sağ olun. Macarlar üçün həmişə sizin paytaxt şəhərinizə gəlmək və illər öncəyə təsadüf edən dostluğumuzu daha da gücləndirmək şərəfdir. Macarıstan on il bundan əvvəl ölkənin o qədər də yaxşı iqtisadi durumda olmadığı bir vaxtda sizin yardımınızı və bütün mənalarda göstərdiyiniz dəstəyi xatırlayır. Biz bunu yüksək qiymətləndiririk. Diplomatik əməkdaşlığımız çox yaxşıdır, biz bunu belə söyləyə bilərik. İndi isə hesab edirəm, növbəti mərhələ ondan ibarətdir ki, biz iki ölkə arasında olan iqtisadi əməkdaşlığı daha da artırmalıyıq. Bizim artıq burada yaxşı sərmayə qoyuluşlarımız, yaxşı əməkdaşlığımız var. Hesab edirəm ki, iqtisadi cəhətdən iki ölkə arasında əməkdaşlıq çox ümidvericidir. Bizi burada qəbul etməyinizi və Macarıstana münasibətdə xoşməramlı və xoşniyyətli olmağınızı yüksək qiymətləndiririk.

Prezident İlham Əliyev: Çox sağ olun.

X x x

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi üçün Macarıstanın göstərdiyi dəstək yüksək qiymətləndirildi, iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video