17 Sentyabr 2011 07:09
412
Mədəniyyət
A- A+

Macar ədəbiyyatının daha bir nümunəsi orijinaldan ana dilimizə çevrilmişdir

 

Azərbaycan bayrağını təhqir etmiş erməni hərbçisi Qurgen Markaryanı qətlə yetirdiyinə görə Budapeştdə ömürlük həbs cəzası çəkən Azərbaycan ordusunun zabiti Ramil Səfərov macar ədəbiyyatının daha bir nümunəsini orijinaldan ana dilimizə çevirmişdir.

Bu dəfə onun diqqətini macar ədəbiyyatının klassiki Ferens Molnarın (1878-1952) yaradıcılığı cəlb etmişdir. Ramil Səfərov tərcümə üçün yazıçının ən populyar əsərini - "Pal küçəsinin uşaqları" romanını seçmişdir. Müxtəlif nəsillərdən olan macar oxucularının masaüstü kitabı sayılan, qəhrəmanlıq və vətənpərvərlik hissləri ilə zəngin olan bu kitab indiyədək dünya xalqlarının onlarla dilinə tərcümə olunmuş, onun motivləri əsasında birgə macar-Amerika bədii filmi çəkilmişdir. Kitab yaxın vaxtlarda Bakıdakı nəşriyyatlardan birində işıq üzü görəcəkdir.

Tanınmış macar qadın yazıçı Maqda Sabonun (1917-2007) Ramil Səfərovun tərcüməsində bu il nəşr olunan "Qapı" romanı da ölkənin ədəbi ictimaiyyətinin diqqətindən kənarda qalmamışdır.

Əsər haqqında Budapeştin "Nepsava" qəzetində məqalə ilə çıxış edən Mikloş Nad oxuculara azərbaycanlı zabitin hansı səbəblər üzündən həbsxanaya düşməsi barədə məlumat verərək yazır: "Səfərovlar ailəsinin bir çox üzvləri erməni-azərbaycanlı ərazi münaqişəsi zəminində meydana çıxan hərbi əməliyyatlar zamanı həlak olmuşdular. İfadələrində də göstərdiyi kimi, Ramil Səfərovun milliyyətcə erməni olan kurs yoldaşı bütün bu faciəli hadisələri məsxərə obyektinə çevirmiş və onu tamamilə haldan çıxarmışdı. Ortada şərəf məsələsi vardı və R.Səfərov əsəblərini cilovlaya bilməmişdi".

Macarıstanlı yazıçı "Qapı" romanının Azərbaycan nəşrinin meydana çıxmasını da bu sarsıdıcı hadisələrlə bağlayır: "Basqınlar və qətllər, on illər boyu sağalmayan yaralar və qəlb iztirabları, etnik münaqişələr və təxribatlar, nəhayət, iki nəfər gəncin Budapeştdəki faciəli görüşü nəticə etibarı ilə 9 milyonluq Azərbaycan oxucularının "Qapı" romanı, Maqda və Emerentsin həyat tarixçələri ilə tanış olmalarına imkan yaratmışdır. Qismətə inananlar həyatda heç bir şeyin təsadüfi baş vermədiyini deyirlər. Lakin mən buna inanmaq istəmirəm".

Müəllif yad ölkədə ağır məhbus həyatı yaşayan Ramil Səfərovun öz nəcib təşəbbüsü ilə münaqişə tərəflərini yaxınlaşdırmağa, "sülh qapısı" açmağa çalışdığı fikrindədir. O yazır: "Tərcüməçi Azərbaycan və macar qadınlarının taleyində çoxlu oxşar cəhətlərin olduğunu bildirir və Maqda Sabonun romanının da məhz buna görə diqqətini çəkdiyini deyir".

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 

Budapeşt

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video