23 Oktyabr 2015 09:10
837
Turizm
A- A+

Londonun nüfuzlu qəzeti Azərbaycan turizmindən bəhs edir

Londonda nəşr edilən “City AM” qəzetində Azərbaycanda turizmin inkişafı, füsunkar bölgələrimizin gözəlliklərindən bəhs edilən məqalə dərc olunub.

Qəzetin müxbiri Aleks Dudok de Vit ölkəmizi ziyarət etdikdən sonra təəssüratlarını oxucularla bölüşüb. Müəllif qeyd edib ki, Azərbaycanda əcnəbi turistlər üçün hər cür şərait yaradılıb. Müəllif məqaləsinin əvvəlində ölkəmizin coğrafi mövqeyi və sərhədləri haqqında məlumat verib. Daha sonra ziyarət etdiyi bölgələrimiz-Şəki, İsmayıllı, Bakı və başqa şəhər və rayonlarımızdakı gözəlliklər barədə oxucuları məlumatlandırıb.

Azərbaycanın tarixi abidələri, mətbəxi, mədəniyyəti və.s. haqqında geniş məlumat verən müəllif Şəki şəhərindəki tarixi sənət əsəri-Şəki Xan Sarayı, Bakıdakı “Atəşgah” məbədinin qədim dövrlərin mədəniyyət inciləri olduğunu vurğulayıb.

Sonda müəllif Azərbaycan xalqının qonaqpərvər və mehribanlığını da xüsusilə qeyd edib.

 

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video