18 Avqust 2021 17:28
730
DÜNYA
A- A+

Litvaya ABŞ-dan zirehli 50 hərbi avtomobil gətirilib

 

AZƏRTAC Litva Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, hərbi avtomobillər ABŞ-dan Almaniyaya, oradan da Litvaya gətirilib. Qeyd edilib ki, Litva ümumilikdə ABŞ-dan 200 JLTV (Joint Light Tactical Vehicle) avtomobili alıb.
“JLTV zirehli avtomobilləri Litva silahlı qüvvələrinin mobilliyi və hərbi qulluqçuların təhlükəsizliyinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir, eyni zamanda, bu, Litva ordusunun daha da modernləşdirilməsi istiqamətində atılan müsbət addımdır. Bu texnikanın əldə olunması ABŞ ilə əməkdaşlığımızın səviyyəsini əks etdirir”, - deyə Litvanın müdafiə naziri Arvidas Anuşauskas mətbuata açıqlamasında bildirib.
Qeyd edilib ki, JLTV zirehli avtomobilləri Amerikanın “Oshkosh Defense” şirkətinin istehsalıdır. ABŞ hökuməti ilə 145 milyon avro məbləğində müqavilə imzalanıb. Nəzərdə tutulmuş bütün zirehli avtomobillər 2024-cü ilə qədər Litvaya gətiriləcək.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video