11:09 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Litvanın ölkəmizdəki səfiri Milli Məclisdə olub
ANA SƏHİFƏ / PARLAMENT
19:06 18.05.2021

 

Mayın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Litvanın Azərbaycandakı səfiri Eqidiyus Navikas ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Səməd Seyidov Azərbaycanın xarici əlaqələrində baltikyanı ölkələrin, o cümlədən Litvanın xüsusi önəm daşıdığını qeyd edib. Bildirilib ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Tvinninq layihəsi Azərbaycanda Litvanın tərəfdaşlığı ilə həyata keçirilib. Uzun müddət davam edən layihə çərçivəsində litvalı dostlarımızın yardımı ilə Azərbaycanla Avropa arasında dövlət idarəçiliyində təcrübə mübadiləsi, eləcə də milli qanunvericilik sisteminin Aİ standartlarına uyğunlaşdırılması sahələrində uğurlu nəticələr əldə olunub. Lakin son zamanlar baltikyanı ölkələrin də daxil olduğu Avropa İttifaqı ilə Azərbaycan arasında postmüharibə dövrü ilə bağlı müəyyən anlaşılmazlıqlar yaşanır. Səməd Seyidov bunların aradan qaldırılması üçün informasiya mübadiləsinin, ikitərəfli dialoqun, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, deputatlar arasında təmasların artırılmasının vacibliyini vurğulayıb.

Öz növbəsində səfir Eqidiyus Navikas bölgədə davamlı sülhün və sabitliyin qorunması üçün dialoqların qurulmasından, əməkdaşlıqların yaradılmasından istifadə etməyin səmərəliliyinə əminliyini ifadə edib.

Görüşdə iştirak edən Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev 44 gün davam edən müharibəyə son qoyan üçtərəfli Bəyanatda əksini tapan razılaşmaların bölgədə uzunmüddətli sülhün bərqərar olması və gələcək inkişaf üçün möhkəm zəmin yaratdığını bildirib. Qeyd edib ki, Azərbaycan Ermənistan ilə sərhədlərini gücləndirmək istəyərkən yaşanan son gərginlikdə olduğu kimi, erməni tərəfi hər fürsətdə bu zəmini yox etməyə, yalan və saxta informasiyalar yaymaqla özünə təəssübkeşlər cəlb etməyə çalışır. Bu cür birtərəfli və qərəzli informasiyalara əsaslanaraq düşünülməmiş qərarların, bəyanatların verilməsi isə bölgənin təhlükəsizliyi üçün böyük təhdid yaradır.

Söhbət zamanı Azərbaycanın bölgədə sülhün və sabitliyin təmin olunmasına sadiq qaldığı, yaranan hər hansı fikir ayrılığının həlli üçün konstruktiv yanaşmanın tərəfdarı olduğu diqqətə çatdırılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM