20 Oktyabr 2011 06:10
430
DÜNYA
A- A+

Litvanın baş prokuroru yol qəzasına görə istefa verdi

 

Dünən səhər Litvanın paytaxtı Vilnüsdə ölkənin baş prokuroru Daryus Valisin idarə etdiyi avtomobil yolu keçən qadını vurmuşdur. Bu barədə delfi.lt saytı xəbər verir.

Qadın yüngül xəsarət almışdır.

Hadisədən sonra Valis istefa vermək barədə qərara gəldiyini bildirmişdir. Baş prokuror bu addımı hadisənin obyektiv şəkildə təhqiq olunması üçün şərait yaratmaqla əsaslandırmışdır. O, istefa ərizəsini Litva Prezidentinə göndərəcəyini qeyd etmişdir. Valis həmçinin zərər çəkmiş qadına üzrxahlıq etmiş və ona lazımi yardımı göstərəcəyini bildirmişdir.

Litva Prezidenti Dalya Qribauskayte baş prokurorun istefa vermək barədə qərarını "ləyaqətli addım" hesab edir. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilir. Ölkə başçısının dediyinə görə, prokurorun istefasını qəbul etməzdən əvvəl təhqiqatın nəticələrini gözləmək lazımdır.

Valis ötən ildən Baş Prokurorluğa rəhbərlik edir.

Xatırladaq ki, bu ilin əvvəllərində bir polis əməkdaşı sərxoş vəziyyətdə qəza törətdiyinə görə Litva polisinin baş komissarı Vizgirdas Teliçenas istefaya getmişdi. Bundan əvvəl isə daha bir polis əməkdaşı avtomobillə bir neçə piyadanı vurduğuna görə daxili işlər naziri Raymondas Şukis istefa vermişdi.

Yayda Litva Seyminin vitse-spikeri Algis Kaşeta yol hərəkəti qaydalarını (sürəti aşma) pozmaqda təqsirləndirildiyi üçün istefa ərizəsi yazmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video