08 Dekabr 2011 12:12
351
Mədəniyyət
A- A+

«Literaturnaya qazeta»da və «Naşe vremya» jurnalında Mirzə İbrahimov haqqında məqalələr dərc edilmişdir

 

Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının mətbu orqanı olan "Naşe vremya" jurnalının dördüncü nömrəsində Azərbaycanın tanınmış yazıçısı Mirzə İbrahimov haqqında geniş məqalə dərc edilmişdir. "Naşe vremya" jurnalı dünyanın 50 ölkəsində yayılır.

Qeyd etmək lazımdır ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.İbrahimovun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər keçirilməsi haqqında sərəncam imzalamışdır.

Tanınmış ictimai xadim, xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas, publisistin 100 illiyinin qeyd edilməsi ərəfəsində "O gün nə vaxt gələcək?" sərlövhəli bu məqalə Moskvada çıxan "Literaturnaya qazeta"da da dərc edilmişdir. Məqalənin müəllifi tanınmış şair, Rəsul Rza adına beynəlxalq mükafat laureatı Nəsib Nəbioğlu M.İbrahimovun Azərbaycan ədəbiyyatında və mədəniyyətində rolu barədə söhbət açır. Məqalədə qeyd edilir ki, Mirzə İbrahimov sovet və Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir. O, əsl ziyalı, istedadlı yazıçı, Azərbaycan Milli Elmlər Akademiyasını təşkil edənlərin və onu yaradanların biridir. Onun ədəbi irsi müasir Azərbaycan dilinin və mədəniyyətinin qorunub saxlanmasında və inkişafında böyük rol oynamış, milli mənlik şüurunun formalaşmasına kömək etmişdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video