27 Sentyabr 2014 08:09
856
Turizm
A- A+

Lənkəranda Dünya Turizm Günü silsilə tədbirlərlə qeyd edilib

27 sentyabr-Dünya Turizm Günü ilə bağlı Lənkəranda silsilə tədbirlər keçirilib.
AzərTAc xəbər verir ki, Lənkəran Dövlət Rəsm Qalereyasında əlamətdar gün ilə bağlı təşkil olunmuş rəsm və foto sərgisi böyük maraqla qarşılanıb.
Sərginin açılış mərasimində çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin məsləhətçisi İlqar Əzimov Dünya Turizm Gününün yaranma tarixi barədə məlumat verərək, müstəqil Azərbaycan Respublikasında turizm sahəsinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Rayon sakinləri rəsm əsərləri, Lənkəranın turizm potensialını və zəngin folklorunu əks etdirən fotosərgi ilə maraqla tanış olublar.
Dünya Turizm Günü ilə bağlı rayon mərkəzi kitabxanasında isə “dəyirmi masa” keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video