29 Sentyabr 2021 01:08
912
CƏMİYYƏT
A- A+

Lənkəranda anım mərasimi keçirilib

 

Sentyabrın 27-də ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da 44 günlük Vətən müharibəsinin başlanmasının birinci ildönümünə və şəhidlərin əziz xatirəsinə həsr olunmuş kütləvi anım mərasimləri keçirilib.

Anım mərasimləri əsaslı tikinti-bərpa işlərindən sonra həmin gün yenidən açılan Şəhidlər Xatirə Kompleksinin önündən başladı. Səhər saatlarından başlayaraq həzin musiqi sədaları altında Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Milli Məclisin depudatı Ziyafət Əsgərov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının, müxtəlif idarə və təşkilatların rəhbər işçiləri, əmək kollektivləri, ictimaiyyət nümayəndələri Şəhidlər Xatirə Kompleksi abidəsini ziyarət edib şəhid qəbirləri üzərinə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad etdilər.

Sonra rəsmi hissə başladı. Natiqlər çıxışlarında qeyd etdilər ki, müharibə günlərində vətənpərvərlik ruhu Lənkəranda da çox yüksək idi. Döyüşlərin başladığı gündən hər bir lənkəranlının müsəlləh əsgərə çevrilərək Vətən uğrunda şəhidlik zirvəsinə qalxmağa hazır olduğunu xüsusi vurğulayan natiqlər qeyd etdilər ki, müharibənin elə ilk saatlarında yüzlərlə lənkəranlı gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə gəlib könüllü olaraq döyüş bölgəsinə göndərilmələrini təkidlə tələb edirdilər. Döyüşə gedən gənclərdən 66 nəfərin qəhrəmancasına həlak olduğunu, bir çoxlarının yaralandığını bildirən natiqlər onların şücaətinin hər bir gənc üçün misilsiz vətənsevərlik nümunəsi olduğunu önə çəkərək torpaqların azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinin həmişə ehtiramla yad ediləcəyini söylədilər.

Şəhid ataları Kamran Kazımov, Layim Veysəlov, şəhid həyat yoldaşı Rəna Bayramova, şəhid övladları Qurbanova Emiliya Emil qızı, Quliyeva  Rüqəyya Vüsal qızı və digərləri çıxış edib Vətən müharibəsində qəhrəmancasına həlak olan əzizləri ilə və bütün digər şəhdilərlə qürur duyduqlarını, fəxr etdiklərini bildirdilər.

Sonra iştirakçılar rayon ərazisində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət etdilər. Məscid və ibadətgahlarda şəhidlərin ruhuna dualar və Quran ayələri oxundu, Şəhidlər xiyabanının genişləndirilmiş ərazisində və Heydər Əliyev prospektində 1000-ə yaxın həmişəyaşıl ağac əkildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video