Lələtəpə Neolit dövrü yaşayış yerində yeni tapıntılar
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Eneolit və İlk Tunc dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun rəhbəri olduğu “Qarabağ neolit-eneolit ekspedisiyası”nın Füzuli rayonunun Horadiz kəndinin inzibati ərazisinə daxil olan Lələtəpə Neolit dövrü yaşayış yerində apardığı arxeoloji tədqiqatların ilkin nəticələri açıqlanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, abidə 2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi məlum Lələtəpə yüksəkliyinin daxil olduğu ərazidə yerləşir. Hündürlüyü 6,4 metr, sahəsi 0,9 hektar olan təpə formalı qədim yaşayış yerinin səthi 2019-cu ildə “Qarabağ neolit-eneolit ekspedisiyası” tərəfindən qeydiyyata alınıb. Abidədə 2020-ci ildə başlanılmış arxeoloji qazıntılar bu il də davam etdirilib.
Hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin I yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi aşkar edilib. Mərkəzi hissədə zikkurat (akkadca siqquratu — “dağ zirvəsi”: - Qədim Mesopotamiyada və Elamda Şumer, Assur, Babil və Elam memarlığı üçün xarakterik çoxmərtəbəli-pilləli məbəd) tipli platforma yerləşir. Zikkurat çiy kərpicdən inşa edilib, konusvari quruluşa malikdir. Ondan cənubda diametri 3,3 metr, hündürlüyü 1,5-2 metr arasında dəyişən dairəvi bina yaşayış üçün istifadə olunub. Yaşayış üçün istifadə edilmiş tikili qalığının müxtəlif səviyyələrdə üç döşəməsi müəyyənləşdirilib ki, bu döşəmələr də oxra (təbii mineral qırmızı boya) əlavə edilmiş palçıqla suvanıb. Buradan iki təsərrüfat küpü, daşdan və sümükdən müxtəlif təyinatlı alətlər, ocaq qalıqları aşkarlanıb. Tikili qalığının üçüncü döşəməsinin altında bükülü halda dəfn edilmiş uşaq skeletinə təsadüf edilib.
Abidənin ən maraqlı cəhəti onun məzarlığı ilə bağlıdır. Belə ki, Cənubi Qafqaz neolitində məzarlığa ilk dəfə olaraq Lələtəpə yaşayış məskənində rast gəlinir. Cənubi Qafqazın tədqiqata cəlb edilmiş bir çox Neolit dövrü abidəsində ayrı-ayrılıqda insan qəbirləri və bir qəbirdə kütləvi dəfn (Menteştəpə, Tovuz rayonu) aşkar olunsa da, insanların müəyyən oturuşmuş ayinlərin icra edildiyi məkanda - məzarlıqda dəfn edilməsi adətinə ilk dəfədir ki, təsadüf olunur. Məzarlıq F6 kvadratının qərb hissəsində, dairəvi evin həyətində aşkar edilib. Cənub-qərbə doğru genişlənən məzarlığın təxminən 8 kvadratmetr hissəsi təmizlənmiş və üç səviyyədə 8 qəbir aşkar olunub. Təmizlənmiş qəbirlərdən 14 skelet aşkar edilib ki, bunlardan 7-si körpə (bir yaşa qədər), 3-ü yeniyetmə və 4-ü isə yetkin insanlara aid olduğu təxmin edilir. Skeletlər oval quruluşlu xüsusi dəfn kamerasında-çalada aşkarlanıb. Hər bir qəbir kamerası oxralı palçıqla suvandığı halda, sadəcə bir qəbirdə (qəbir № 4) oxralı palçıq suvağın üstünə həsir qoyulub. Qəbirlərdə insanlar tək və qoşa olmaqla sıx bükülü vəziyyətdə, müxtəlif istiqamətdə dəfn edilib. Dəfn olunan insanların yanında pasta, malaxit və daş muncuqlar, sümükdən hazırlanmış bəzək əşyaları və əsabaşı (skipetr) aşkarlanıb.
Xəqani Alməmmədov bildirib ki, məzarlıqdan aşkar edilmiş skeletlərdən götürülmüş nümunələrin Hacattepe Universitetinin (Türkiyə) “Antik DNT laboratoriyası”nda DNT analizləri aparılaraq, bu insanların genetik bağlılıqları, irsi və bakterioloji xəstəlikləri və qida rasionları öyrəniləcək. Aparılacaq DNT çalışmaları ümumilikdə Neolit dövründə Qarabağ ərazisində baş vermiş etnik-mədəni dəyişikliklər və xüsusən də Cənubi Qafqazda erkən istehsal münasibətlərinin təşəkkülündə etnik və ya mədəni miqrasiyanın rolunun öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, bu nümunələr əsasında abidənin radiokarbon tarixlənməsi də veriləcək.
Qeyd edək ki, Neolit dövründə Azərbaycan ərazisində Şomutəpə arxeoloji mədəniyyəti ilə yanaşı mövcud olan Qarabağ arxeoloji neolit mədəniyyəti dünya elmi dairələrinin diqqətindədir. Bu baxımdan Qarabağ arxeoloji Neolit dövrü mədəniyyətinə aid Lələtəpə yaşayış yeri dünya arxeologiyası üçün böyük maraq kəsb etməkdədir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
Azərbaycan neftinin qiyməti 89 dolları ötüb
29 Mart
Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq
29 Mart
Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır
29 Mart
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
29 Mart
ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb
29 Mart
Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb
29 Mart
Paşinyan separatçıları hədələdi
29 Mart
Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi
29 Mart
İçdiyi hərbi anda sadiq qaldı
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!