02 Oktyabr 2021 00:32
1472
Elm və texnika
A- A+

Lazer tozsoran

 

İngiltərənin “Dyson” şirkəti dünyanın qabaqcıl texnologiya istehsalçılarından biri hesab edilir. Onun istehsal etdiyi məhsullar sırasına müxtəlif çeşidli məişət texnikaları daxildir. Bu yaxınlarda şirkət daha bir yeniliyə imza atıb. Belə ki, lazer texnologiyası əsasında hazırlanmış tozsoranları ictimaiyyətə təqdim edib.

Sual yarana bilər ki, bu tozsoranların əvvəlkilərdən fərqi nədir və lazer texnologiyasının belə məhsullara tətbiqi hansı üstünlükləri özündə ehtiva edir?

Bu naqilsiz tozsoranların ən başlıca üstünlüyü digər model tozsoranların görə və götürə bilmədiyi ən xırda tozları belə  təmizləyə bilməsidir. Sınaq dövründə otaq əvvəlcə ənənəvi tozsoranla təmizlənib. Daha sonra lazer texnologiyasına əsaslanan yeni məhsul həmin məkanda yenidən təmizlik işi aparıb və nəticə heyrətləndirici olub. Lazer texnologiyalı tozsoranın üzərindəki LCD ekranda tutulan toz hissəciklərinin ölçüsünü və miqdarını görmək olur. Onun digər bir üstünlüyü isə gücünü və sürətini toz sıxlığına görə azaldıb artırmasıdır.

Yeni tozsorandakı təmizləyici başlıq da sələflərindən əhəmiyyətli dərəcədə fərqlənir. 25 santimetrlik yumşaq neylon və antistatik karbon lifli ipliklərə malik bu başlıq ən xırda tozları belə çoxbucaqlı lazer şüası və vakuum vasitəsilə aşkar edir.

Uzun zamandır maraqla gözlənən bu yeni məhsul sentyabr ayının 15-dən satışa buraxılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video