03:29 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Layihələrin və proqramların professional idarə olunması sosial-iqtisadi inkişafın əsas meyarlarından biridir
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
05:05 02.05.2014

Azərbaycan Texniki Universitetində (AzTU) Ukrayna Elmlər Akademiyasının akademiki, Ukrayna Layihələrin İdarə Edilməsi Assosiasiyasının yaradıcısı və prezidenti Sergey Buşuyev ilə görüşdə qloballaşma dövründə layihə və proqramların idarə edilməsi texnologiyalarının əhəmiyyətindən ətraflı danışılmışdır.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, AzTU-nun rektoru, professor Havar Məmmədov Kiyev Milli İnşaat və Memarlıq Universitetində layihələrin idarə edilməsi kafedrasının müdiri, professor Sergey Buşuyevin layihə və proqramların idarə edilməsi texnologiyaları sahəsində dünyada tanınmış alim olduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, onun rəhbərliyi ilə Ukraynada layihələrin idarə edilməsinə dair 40-a yaxın ali təhsil müəsisəsində magistr ixtisasları yaradılmış, namizədlik və doktorluq elmi dərəcələri üzrə elmi şuralar fəaliyyət göstərir. Hazırda alimin rəhbərlik etdiyi kafedra Ukrayna və eyni zamanda MDB və Şərqi Avropa ölkələri üçün böyük maddi-texniki bazaya malik olan elmi-metodik mərkəzdir. S.Buşuyevin 20-dən artıq beynəlxalq səviyyəli monoqrafiyası müxtəlif dillərdə işıq üzü görmüşdür.
Görüşdə Kiyev şəhərində nəşr olunan “Kreativnıye texnoloqii upravleniya proyektami i proqrammami” monoqrafiyası müəllim-professor heyətinin diqqətinə çatdırılmışdır. Elmi əməkdaşlar, ali məktəblərin müəllimləri, layihə menecerləri, iqtisadi və texniki ixtisaslara yiyələnən bakalavr, magistr, layihələrin və proqramların idarəedilməsi üzrə təhsil alan tələbələr üçün dəyərli tədris vasitəsi olan həmin kitabda balanslaşdırılmış inkişaf konsepsiyası haqqında ətraflı məlumat verilir. Kitabda bazar iqtisadiyyatı şəraitində layihə və proqramların idarəedilmə texnologiyasına yaradıcı münasibətdən və belə texnologiyaların əhəmiyyətindən söz açılır. Bu kitabın müəlliflərindən biri həmyerlimiz- Azərbaycan Layihələrin İdarə Edilməsi Assosiasiyasının (AzPMA) prezidenti, professor İqbal Babayevdir.
Görüş iştirakçıları AzTU-da yaxın gələcəkdə layihələrin və proqramların idarə edilməsi üzrə İnnovasiya və layihələrin idarə edilməsi mərkəzinin yaradılmasını, universitetin bazasında layihələrin və proqramların idarə edilməsi üzrə magistrlərin hazırlanması proqramının tətbiq edilməsinı və iki universitet arasında bu sahədə əməkdaşlığın davam etdirilməsinı məqsədəuyğun saymışlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM