27 Oktyabr 2011 06:10
377
DÜNYA
A- A+

Latviyada yeni hökumətin tərkibi təsdiqləndi

 

Son seçkilərin nəticəsinə görə, formalaşdırılmış Latviya Seymi yeni hökumətin tərkibini təsdiq etmişdir. Bu barədə Mixnyus saytı xəbər verir.

Nazirlər Kabinetinin tərkbinə seçkilərdən sonra hakim koalisiyanı formalaşdırmış üç siyasi qüvvənin (eks-prezident Valdis Zatlersin başçılıq etdiyi İslahatlar Partiyası, "Birlik" Bloku, Latış Millətçilərinin Birliyi) nümayəndələri daxil olmuşlar. Keçmiş hökumətlə müqayisədə hazırkı Nazirlər Kabinetinin tərkibi, demək olar, tamamilə dəyişmişdir.

Baş nazir Valdis Dombrovskis, müdafiə naziri Artis Pabriks və maliyyə naziri Andris Vilks (hər üçü "Birlik" Blokunun üzvüdür) vəzifələrini qorumuşlar. "Birlik" hökumətdən beş yer almışdır. Bundan əlavə, Blokun 3 nümayəndəsi - İnqrida Sirtsene (səhiyyə naziri), İlze Vinkele (rifah naziri) və Laymdota Strayuma (əkinçilik naziri) hökumətin tərkibinə daxil olmuşdur.

İslahatlar Partiyası da hökumətdə 5 yerə yiyələnmişdir: Edqar Rinkeviç (xarici işlər naziri), Daniels Pavlyuts (iqtisadiyyat naziri), Rixard Kozlovskis (daxili işlər naziri), Robert Kilis (təhsil naziri) və Edmund Spurcs (regeonal inkişaf naziri). Millətçilər hökumətdə mədəniyyət naziri Janeta Yaunzene-Qrende və ədliyyə naziri Qaydis Berzinşlə təmsil olunmuşlar. Bitərəf Ayvis Ronis nəqliyyat naziri təyin edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video