17:47 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin İdarə Heyətinin sədri Ulduzxan Əhmədovdan
ANA SƏHİFƏ / MƏKTUBLAR
20:24 05.12.2020

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə

Möhtərəm cənab Prezident.

Vətən müharibəsində Böyük Qələbə münasibətilə Sizi və bütün Azərbaycan xalqını Latviyada yaşayan azərbaycanlılar, Latviya Azərbaycanlılarının "Azəri” Cəmiyyəti adından və şəxsən öz adımdan təbrik edirəm.

Bu Qələbə bizim qəhrəman və rəşadətli Ordumuzun Ali Baş Komandanı kimi Sizin rəhbərliyinizlə qazanılıb. Siz bizə, azərbaycanlılara torpaqlarımızı, qürurumuzu, inamımızı və sıx birliyimizi qaytardınız. Bizim rəşadətli və qəhrəman Ordumuz, atalarımız və oğullarımız, analarımız və bacılarımız Sizin rəhbərliyinizlə uğurla mübarizə apardılar və Böyük Qələbəyə nail oldular.

Bu Qələbədə şəhidlərimiz oldu, onlar torpağımızın azad edilməsi uğrunda canlarından keçdilər. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını arzu edirik.

Biz bilirik ki, qarşıda görülməli işlər çoxdur və əminik ki, nəzərdə tutulan bütün planlar Sizin rəhbərliyinizlə həyata keçiriləcək.

Cənab Prezident, biz Sizinlə - Azərbaycan xalqının ümummilli lideri, dahi Heydər Əliyevin kursunun layiqli davamçısı ilə fəxr edirik.

Biz Sizinlə Azərbaycan xalqının böyük qəhrəmanı kimi fəxr edirik.

Biz fəxr edirik ki, Siz Azərbaycan xalqının tarixinə Qələbə Gününü qızıl hərflərlə yazdınız.

Biz Sizin dünya birliyində yüksək səviyyəli siyasi xadim olmağınızla fəxr edirik. Allah Sizi qorusun!

Dərin hörmət və ehtiramla,

 

Ulduzxan Əhmədov
Latviya Azərbaycanlılarının "Azəri” Cəmiyyətinin İdarə Heyətinin sədri


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM