27 Avqust 2021 16:40
426
CƏMİYYƏT
A- A+

Laçın sakini: Mən Laçına gələrkən burada keçirdiyim uşaqlıq illərimi, gəncliyimi xatırladım

 

Mən çox sevinirəm. Bu diyara gələrkən burada keçirdiyim uşaqlıq illərimi, gəncliyimi xatırladım.

AZƏRTAC xəbər verir ki, bu sözləri Laçın sakini, keçmiş hərbçi Hümbətov Əli bildirib. O qeyd edib ki, düşmənin bu torpaqdan qovulması ölkəmizin gücünü, qüdrətini göstərir: “Dövlət başçımızın apardığı düzgün siyasət nəticəsində biz öz yurdumuzdayıq. Allah Prezident İlham Əliyevi qorusun, ordumuza güc-qüvvət versin. Erməni vandalları burada hər şeyi dağıdıblar. Lakin, biz inanırıq ki, Laçın rayonunun da daxil olduğu Şərqi Zəngəzur ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcək”.

Ballıqaya faciəsi haqqında da fikirlərini bildirən keçmiş hərbçi ermənilərin 28 il qabaq insanlığa sığmayan əməllərindən danışıb: “1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər laçınlı mülki şəxsi amansızlıqla qətlə yetirdi. Bizim qonşu kəndlərdən də tanıdığımız insanlar həmin faciədə öldürüldü. Orada öldürülən əksər insanlar uşaq, qoca və qadın olub. Bəzi meyitlər yandırılmışdı. Həmin hadisə ermənilərin necə qaniçən məxlulqlar olduğundan xəbər verir. Vətən müharibəsində bütün şəhidlərimizin qisası alındı. Düşmənin başı elə əzildi ki, bir də onlar çətin ayağa qalxa bilsin”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video