09 Fevral 2012 12:02
396
Mədəniyyət
A- A+

Kurt Calleja: Maltanı bu mötəbər yarışda təmsil etməkdən qürur hissi keçirirəm

 

Bakıda keçiriləcək "Eurovision" yarışması mənim gözlədiyim ən həyəcanlı mahnı müsabiqəsidir və Malta xalqını, ölkəmi bu cür mötəbər yarışda təmsil etməkdən qürur hissi keçirirəm.

AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, bu sözləri Maltanın "Eurovision - 2012" mahnı müsabiqəsindəki təmsilçisi Kurt Calleja demişdir. Təmsilçi bu məsuliyyəti tək deyil, bütün komandası ilə birlikdə daşıyacağını bildirmişdir.

Finalda 16 namizəd arasında birincilik əldə etməyin və ölkə təmsilçisi adını qazanmağın böyük qələbə olduğunu deyən K.Calleja musiqini həyatının başlıca mənası adlandırmışdır. Onun fikrincə, "Eurovision"un keyfiyyəti hər il daha da yüksəlir, sevimli müğənnilər üzə çıxır.

Bu baxımdan "Eurovision-2011"in qalibləri Eldar və Nigarın ifa etdikləri "Running Scared" mahnısını çox sevdiyini deyən Malta təmsilçisi rok-n-roll janrına üstünlük verdiyini də bildirmişdir.

Malta təmsilçisi fevralın 12-də Heydər Əliyev Sarayında Azərbaycanın milli seçimlərinin final mərhələsinin qonağı olacaqdır. Kurt Calleja Bakı səhnəsində "This is my life" mahnısı ilə çıxış edəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video