01:46 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kür çayı ətrafında yerləşən bir sıra yaşayış məntəqələrinin su təchizatı yaxşılaşacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:01 08.01.2012

 

"Azərsu" ASC Kür çayı boyunca yerləşən Şirvan, Neftçala, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə yeni layihənin icrasına başlayır.

ASC-dən verilən məlumata görə, layihə çərçivəsində Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür Sutəmizləyici Qurğular Kompleksi (SQK) ilə Abşeron yarımadasına verilən suyun bir hissəsi 6 şəhərə, eləcə də çəkiləcək yeni kəmərin yaxınlığında yerləşən 147 qəsəbə və kəndə veriləcək.

Hazırda paytaxta Oğuz-Qəbələ-Bakı kəməri ilə saniyədə 5 kubmetr suyun daxil olması, Ceyranbatan SQK-nin ərazisində məhsuldarlığı saniyədə 6 kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi Kür SQK-dən Abşerona verilən suyun azaldılmasına imkan yaradır. Yeni layihəyə uyğun olaraq Bakını Kür suyu ilə təmin edən həmin kəmərdən Biləsuvar, Neftçala, Salyan, Şirvan, Sabirabad və Saatlı şəhərlərinə, eləcə də marşrut boyunca yerləşən kəndlərə içməli su veriləcək.

Aparılmış araşdırmalar göstərir ki, Kür-Bakı su kəmərinin Hacıqabul şəhəri yaxınlığında dəniz səviyyəsindən 78 metr yüksəklikdə yerləşən nöqtəsindən su yeni çəkiləcək kəmərlərlə özüaxımlı rejimdə Şirvan, Salyan, Neftçala və Biləsuvar istiqamətində ötürüləcək. Sabirabad və Saatlı rayonlarına isə içməli su birbaşa Kür SQK-dən özüaxımlı rejimdə veriləcək. Bu şəhərləri su ilə təchiz edəcək magistral kəmərlər boyunca yerləşən 147 kəndin də su problemi həll olunacaq.

Yeni layihə iqtisadı baxımdan da əhəmiyyətlidir. Bu halda Kür çayından Bakıya verilən suyun azalması, eyni zamanda ətraf rayonların su təchizatının özüaxımlı rejimdə aparılması enerji xərclərini minimuma endirəcək.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM