12 Iyul 2021 17:33
610
DÜNYA
A- A+

Kubada son 30 ildə ilk dəfə hökumət əleyhinə etirazlar baş qaldırmışdır

 

Kubanın şəhərlərində, o cümlədən paytaxt Havanada ölkənin kommunist hökumətinə qarşı kütləvi etiraz aksiyaları keçirildi. Bu barədə “Frans Press” agentliyi xəbər verir.

Məlumata görə, aksiyaların iştirakçıları azadlıq, demokratiya və pandemiya ilə mübarizədə hakimiyyət orqanlarının qətiyyətli hərəkətlərini tələb edirlər. Onlar “Rədd olsun diktatura”, “Biz qorxmuruq” şüarlarını səsləndirirlər. Elektrik enerjisi və ərzaq qıtlığından narazı olan əhali həm də hökumətdən peyvəndlənmənin sürətlənməsini tələb edir.

Bu arada Kuba Prezidenti Migel Dias-Kanel kommunistləri küçələri və Kuba inqilabını müdafiə etməyə çağırmışdır. “El Espanol” qəzetinin xəbərinə görə, ölkədə asayişi bərpa etmək üçün Kommunist Partiyası “ölüm eskadronları”nı səfərbər etmişdir. Aksiya iştirakçıları tutulur, etiraz nümayişləri dağıdılarkən insanlar döyülür.

Nəzarətin bərpa olunması və yeni nümayişlərin qarşısının alınması üçün hökumət internet istifadəçilərinin 60 faizini qapatmışdır. Bundan əlavə, Kuba hökuməti ölkədə fövqəlqadə vəziyyət elan etmişdir. Paytaxtda qoşunlar və təhlükəsizlik qüvvələrinin əlavə bölmələri yeridilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video