25 Oktyabr 2011 02:10
464
DÜNYA
A- A+

Kristina de Kirşner yenidən Argentinanın Prezidentidir

 

Argentinada prezident seçkiləri keçirilmişdir. İlkin məlumata görə, ölkənin hazırkı Prezidenti Kristina Fernandes de Kirşner seçkilərdə qələbə qazanmışdır. O, azı 55 faiz səs əldə etmişdir.

Yerli KİV qeyd edir ki, bu, 1983-cü ildə hərbi diktatura devriləndən bəri seçkilərdə ən inamlı qələbədir. Kirşner ən yaxın rəqibi, sosialist Hermes Binneri xeyli  geridə qoymuşdur.

"Frans Press" agentliyi qeyd edir ki, 58 yaşlı Kristina Fernandes de Kirşner hakimiyyəti dövründə nail olduğu iqtisadi artıma və əhalinin sosial müdafiəsini gücləndirdiyinə görə əhali arasında böyük nüfuza malikdir.

Kristina Fernandes de Kirşner ilk dəfə 2007-ci ildə Prezident seçilmişdir. O bu vəzifədə həyat yoldaşı Nestor Kirşneri əvəz etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video