17:56 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kriptovalyuta

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:26 28.08.2021

 

İlk dəfə elektron pul amerikalı kriptoqraf Deyvid Çom tərəfindən yaradılıb. Onun 1989-cu ildə əsasını qoyduğu “DigiCash” şirkəti ilə elektron ödəmələr etmək mümkün olub. Lakin bu davamlı olmayıb. 1998-ci ildə digər bir cəhdlə “b-money” layihəsi təqdim edilib. Hətta bu Bitkoinin ilk qaralaması hesab edilir.

Nəhayət, 2009-cu ildə Bitkoini təqdim edən Satoşi Nakamoto ilk real kriptovalyutanın yaradıcısıdır. Bu şəxsin kim olduğu isə hələ də heç kəsə məlum deyil. Bu sistem 3-cü subyekt olmadan şəxsdən-şəxsə ötürülmə mexanizmi ilə işləyir. Rəqəmsal valyutanın dövriyyəsi birbaşa internet üzərindən həyata keçirildiyi üçün heç bir tərəf bu puldan istifadəni qadağan edə bilməz.

Kriptovalyutanın dəyəri tələb-təklif prinsiplərindən və əldə olunma çətinliyindən asılıdır. Bazarda tələbin olması və sayının məhdudluğu onun dəyərini artıracaq amillərdəndir. Hazırda mövcud bazarda bir çox koinlər var və bəzilərinin dəyəri gündən-günə artır. Müxtəlif sahələrdə yaradılan imkanlardan yararlanan insanlar kriptovalyuta ilə alış-veriş, ödənişlər edə bilir. Bu koinləri almaq, satmaq, nağdlaşdırmaq da mümkündür.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM