08:45 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Krım astronomları Yerə doğru gələn yeni asteroid kəşf ediblər
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:10 23.10.2013

 

Krım astrofizika rəsədxanasının mütəxəssisləri   elmə bu  vaxta qədər bəlli olmayan 401 metr uzunluğunda asteroid kəşf ediblər. 2013 TV135 indeksi ilə qeydə alınmış  səma cisminin kəşfini bir qədər sonra Rusiyanın iki rəsədxanası da təsdiqləyib. Alimlərin hesablamalarına əsasən, bu asteroid planetimizə 2032-ci ilin avqust ayında maksimum yaxınlaşacaq.  Onun Yerlə toqquşma ehtimalı 63 mində birdir.  Bəzi kütləvi informasiya vasitələri sensasiya xətrinə asteroidin söylənilən il avqustun 26-da Yerlə toqquşacağı haqqında yazsalar da, əslində, ehtimal dərəcəsinə görə belə bir təhlükə minimaldır. Alimlər praktik olaraq bunu mümkünsüz sayırlar.

Xəbəri dünya mətbuatı üçün NASA yayıb. Maraqlıdır ki, ABŞ-da hökumətin maliyyələşdirilməsi ilə bağlı böhran səbəbindən NASA-nın rəsmi saytının fəaliyyətində də problemlər yaranıb. Dünyanın ən böyük kosmik tədqiqatlar təşkilatı məlumatları KİV-ə press-relizlər vasitəsilə ötürmək məcburiyyətində qalıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM