10 May 2021 23:47
895
SİYASƏT
A- A+

Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Rusiya Federasiyasının Krasnoyarsk vilayətində fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqı nümayəndəliyinin təşkilatçılığı ilə Krasnoyarskın “TBK” telekanalında görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, beynəlxalq Hüquqşünaslar İttifaqı nümayəndəliyinin rəhbəri Ceyhun Cəfərov xalqımızın Ümummilli Liderinin anadan olmasının 98-ci ildönümü münasibətilə tamaşaçılara təqdim olunan 28 dəqiqəlik “Şəxsiyyətin cazibəsi” (“Обаяние личности”) sənədli filmi mayın 10-da Bakı vaxtı ilə saat 12:00-da nümayiş etdirilib.

Filmi “ТВК” kanalının http://tvk6.ru/ internet səhifəsindən və https://youtu.be/hktlFf31fdE

linkindən izləmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video