22:12 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Körpələrin düzgün qidalanmasının əhəmiyyəti
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:03 21.09.2021

 

Qidalanma həyatın hər mərhələsində çox vacib məsələdir. Doğulandan iki yaşına qədər olan dövr uşaqların ən sürətli böyümə mərhələsidir. Həmin dövrdə sağlam və düzgün qidalanma böyük əhəmiyyət kəsb edir. Uşaqların sağlam şəkildə dünyaya gəlməsi, böyüməsi üçün anaların hamilə və laktasiya dövründə düzgün qidalanması və bu mövzu çərçivəsində maarifləndirilməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutundan mütəxəssislərinin körpələrin düzgün qidalanması haqqında hazırladıqları məqalədə bu barədə məlumat verilir.

Yeni doğulmuş körpə üçün ən uyğun qida ana südüdür. Ana südü altı ay ərzində körpələrin bütün ehtiyacını ödəyən fizioloji, körpəyə uyğun spesifik qidadir. Əsrlər boyu insanlar arasında ana südü körpələrin qidalanmasında əvəzedilməz qida olaraq yer alıb. Ana südü təkcə körpələrin deyil, ananın da sağlamlığına təsir edir. Doğuşdan sonra gələn ilk süd-maye həcminə, görünüşünə, tərkibinə görə fərqlənən kolostrumdur (maloziva). Doğumdan sonra ilk günlərdə ifraz olunan kolostrum sekretor İg A (immunoqlobulin A), laktoferrin kimi immunoloji komponentlərlə və epidermal böyümə kimi inkişaf faktorları ilə zəngindir. Ana südü yeni doğulmuş uşağa lazım olan bir çox vitamin və minerallar ehtiva edir. Ana südündə bir çox mikroelementlərin, A, B1, B2, B6, B12, D kimi vitaminlərin miqdarı ananın qidalanması və orqanizmində depolanmasından asılı olaraq dəyişir. Ana südünün tərkibində K vitamini az olduğundan Amerika Pediatriya Akademiyası onun inyeksiyasını tövsiyə edir. Həmçinin kifayət qədər günəş şüası qəbul etməyən anaların südündə D vitamini çatışmazlığı da yarana bilir.

Ana südündə olan immunoloji faktorlar körpəni infeksiyalardan, bir çox xəstəliklərdən (sətəlcəm, otit, ishal, mədə-bağırsaq traktının infeksiyaları, meningit, qızılca və s.) qoruyur. Ana südü körpələrin immun sistemini gücləndirir və sonrakı dövrlərdə allergik reaksiyaların, diabet və piylənmənin əmələ gəlmə riskini azaldır. Körpələrin həzm sistemi üçün “mükəmməl qida” adlandırılan ana südünün komponentləri – laktoza, zülal (zərdab, kozein) və yağlar yeni doğulmuş uşaq orqanizmi tərəfindən asanlıqla mənimsənilir. Həmçinin araşdırmalar sübut edir ki, ana südü idrak proseslərinin inkişafına kömək edir. Ana südü ilə qidalanan uşaqların IQ səviyyəsi, zəka testlərində göstərdikləri nəticələr digərlərinə nisbətən daha yüksəkdir. Ana südü ilə qidalanan uşaqlar fiziki inkişafı, təmkinli, xeyirxah olması ilə də seçilirlər.

Təxminən 6 aylıq bir dövrdən sonra körpənin enerji və qida maddələrinə olan tələbatını ödəmək üçün əlavə qidalara ehtiyac duyulur. Böyüyən və hərəkətliliyi artan körpənin əlavə qidalanmasına vaxtında başlanmalı, tərtib edilən qida rasionu uyğun və daha sağlam olmalıdır. Əlavə qidalara gec başlanması körpənin böyümə və inkişafının ləngiməsinə, vitamin və mineral çatışmazlığına, eləcə də çeynəmə aparatının formalaşmasında problemlərə səbəb ola bilər. Sağlamlıqla bağlı bir çox problemlərin səbəbi məhz körpə yaşlarından səmərəsiz qidalanma ilə şərtləndirilir.

Əlavə qidalara keçid zamanı zülal tələbini ödəmək çox vacibdir. 6-12 ayda zülal ehtiyacı yeni doğulmuş körpələrə nisbətən daha yüksəkdir. Körpələrdə əsas enerji mənbəyi yağlardır. Ana südündəki yağ miqdarı enerjinin 40-55 faizini təşkil etdiyi halda, əlavə qidaların əksər hissəsi karbohidratlardan ibarət olduğu üçün enerji səviyyəsi bir qədər azalır. Körpə uşaqlar üçün hazırlanan əlavə qidaların çoxunu taxıllar təşkil edir. İnkişaf etmiş ölkələrdə taxıllar, nişasta ehtiva edən köklər, kök yumruları, tərəvəzlər əlavə qida kimi geniş istifadə olunur. Nişasta və karbohidrat körpələrin qidalanması üçün əvəzolunmazdır. Körpələrin qidalanmasında istər bitki mənşəli, yəni taxıllar, kök bitkiləri, meyvə-tərəvəz və paxlalılara, istərsə də heyvan mənşəli qidalara - ət, qaraciyər, balıq, dəniz məhsulları, yumurta, süd və süd məhsullarına üstünlük verilməlidir. Rasiona mütləq gündəlik olaraq isti duru yeməklər əlavə edilməlidir.

Təzə inək südü inkişaf etməkdə olan və böyüyən uşaqlar üçün zəngin qida maddəsidir. Lakin bəzi ölkələrdə inək südünün 9 aydan tez istehlak edilməsi məsləhət görülmür. İnək südü dəmir çatışmazlığı anemiyasına səbəb olur. ABŞ və İngiltərədə 1 yaşdan, Kanada və Danimarkada 9 aydan, İsveçdə isə 10-cu aydan sonra körpələrə inək südünün istehlakı tövsiyə edilir. Pendir, kefir və qatıq fermentasiya olunmuş süd məhsullarıdır. Körpələrin qidalanmasında pasterilizasiya olunmuş süddən hazırlanmış duzsuz pendirdən 9-cu aydan etibarən az-az istifadə edilə bilər.

Ət yüksək miqdarda zülallarla, dəmir, sink mineralları, B6, B12 vitaminləri ilə zəngindir və körpələrin qidalanmasında əvəzsiz rolu olan bioloji qidadır. Ətin tərkibində palmitik və stearin turşusu kimi doymuş yağ turşuları mövcuddur. Toyuq əti isə daha çox zülal, riboflavin, niasin, B6 və B12 vitaminləri ilə zəngindir. Ətin lifli quruluşu körpələr tərəfindən daha çətin mənimsənildiyindən tərəvəz pürelərinin içərisinə döyülmüş və ya kiçik parçalar şəklində əlavə oluna bilər.

Qaraciyər zəngin zülal və mikroelement mənbəyidir. 1 yaşdan sonra körpələrin qidalanmasında qaraciyərdən istifadə tövsiyə edilir.

Balıq və balıq məhsulları da olduqca faydalı qida maddələrinin mənbəyidir və mütləq uşaqların qida rasionunda olmalıdır.

Yumurta zülallar, aminturşularla zəngin qidadır. Yumurta sarısı dəmir, A vitamini, B qrup vitaminləri ilə zəngindir. Salmonella riski olduğundan yumurta yaxşı bişirilməlidir. Allergiyaya səbəb olduğuna görə körpələrə altıncı aydan tez verilməsi tövsiyə edilmir.

Taxıllar - buğda, arpa, düyü, qarğıdalı, yulaf, çovdar əlavə qidalanmada ən çox istifadə olunan məhsullardır. Həmin məhsullar yüksək miqdarda (65-70 faiz) karbohidrat ehtiva edir. Mütəxəssislər həmin qidaları yüksək enerji mənbəyi olaraq dəyərləndirirlər. Əsas taxıl zülalları prolamin, qlütelin, qlobulin və albümindir. Prolamin ən az düyüdə, ən çox qarğıdalıda olur.

Meyvə və tərəvəzlər vitamin, mineral, antioksidant və lif baxımından zəngin qidalardır. Vitamin itkisinin qarşısını almaq üçün tərəvəzləri yeyildiyi və ya bişirilən zaman doğramaq, az suda qısa zaman ərzində bişirmək, eləcə də dərhal istehlak etmək lazımdır. Meyvə-tərəvəzin mövsümə uyğun olaraq istehlakı şərtdir, təzə sıxılmış şirəsinin isə körpələrə əsasən yeməkdən sonra verilməsi məsləhət görülür.

Əlavə qidalardan hesab olunan sıyıqları dadlandırmaq üçün bəkməz və baldan da istifadə edilir. Bəkməz karbohidrat (fruktoza, qlükoza), dəmir, kalium və kalsiumla zəngindir. Lakin bir yaşdan kiçik uşaqlara balın verilməsi tövsiyə olunmur.

Elə qida məhsulları var ki, onları rasionda məhdudlaşdırmaq lazımdır. Duzlu qidalar və şəkərin həddindən artıq qəbulu gələcəkdə bir çox xəstəliklərin yaranması ilə nəticələnir. Həmçinin qida rejiminin pozulması da körpələrdə piylənmənin yaranmasına gətirib çıxarır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM