Koronavirusun “delta” ştamı həftə ərzində daha 15 ölkəyə yayılıb
Koronavirusun ilk dəfə Hindistanda aşkarlanan və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “delta” ştamı adlandırdığı B.1.617.2 variantı azı 163 ölkə və ərazidə qeydə alınıb. Bu, ötən həftə ilə müqayisədə 15 ölkə çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat ÜST-nin həftəlik epidemioloji bülletenində yer alıb.
COVID-19 infeksiyasının digər ştamları üzrə statistika isə belədir: Böyük Britaniyada aşkarlanan və ÜST tərəfindən “alpha” ştamı adlandırılan B.1.1.7 variantı 192 ölkə və ərazidə, Cənubi Afrikada aşkarlanan və “beta” ştamı adlandırılan B.1.351 variantı 141 ölkə və ərazidə, Braziliyada aşkarlanan və “gamma” ştamı adlandırılan P.1 variantı isə 86 ölkə və ərazidə yayılıb.
Təşkilatın məlumatına görə, son həftə ərzində dünyada koronavirusa yeni yoluxanların sayı 4,5 milyon nəfər artıb.
Öncəki yeddi günlə müqayisədə Sakit Okeanın qərb hissəsi, həmçinin Şimali və Cənubi Amerikada koronavirusa yoluxma hallarında müvafiq olaraq 20 faiz və 8 faiz artım baş verib. Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi regionlarında xəstələnənlərin sayı müvafiq olaraq 16 faiz və 10 faiz azalıb. Avropa və Afrika regionunda bu göstərici dəyişməyib.
Dünya üzrə COVID-19 infeksiyasından ölənlərin sayı da əvvəlki həftə ilə müqayisədə çox artmayıb və təxminən 68,3 min nəfər təşkil edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!