25 Aprel 2021 16:06
943
DÜNYA
A- A+

Koronavirusa qarşı tətbiq olunan peyvənd dozalarının sayı bir milyardı ötüb

 

Koronavirusa qarşı vaksinasiya kampaniyasına start verilməsindən təxminən beş ay sonra dünya üzrə tətbiq olunan peyvənd dozalarının sayı bir milyarda çatıb.

AZƏRTAC xəbər verir ki, AFP agentliyinin ölkələrin rəsmi statistikaları əsasında hazırladığı hesabatda aprelin 24-də dünya üzrə 1 milyard 2 min dozanın artıq istifadə olunduğu qeyd edilib. Bu dozaların yarıdan çoxu üç ölkənin payına düşür: ABŞ, Çin və Hindistan.

Əhali sayına görə vurulan peyvənd dozalarının sayına görə isə İsrail dövləti liderdir. Bu ölkədə əhalinin təxminən 60 faizi virusa qarşı peyvənd olunub.

Avropa İttifaqı ölkələrində indiyədək 128 milyon peyvənd dozası istifadə edilib və bu da ittifaq üzrə peyvənd kvotasının 21 faizə çatdığını göstərir.

Beynəlxalq COVAX mexanizmi sayəsində dünyanın yoxsul ölkələrində peyvəndləmə prosesinə start verilsə də, beynəlxalq təşkilatlar peyvəndlə təminatın ilk növbədə zəngin ölkələrin imtiyazı olmasını tənqid edirlər. Dünya Bankı tərəfindən dünyanın zəngin ölkələri kimi təsnif olunan ölkələrdə dünya əhalisinin 16 faizi yaşayır, lakin tətbiq olunan peyvənd dozalarının 47 faizi bu ölkələrin payına düşür. Dünyanın 12 ölkəsində isə hələ də vaksinasiya kampaniyasına start verilməyib.

Agentliyin məlumatında ən geniş tətbiq olunan peyvənddən də bəhs olunub. Qeyd edilib ki, “AstraZeneca“ konserninin istehsalı olan peyvənd hesabatda əks olunan 207 ölkə və ərazinin üçdə iki hissəsində istifadə olunur. “BioNTech/Pfizer“ peyvəndi isə ölkələrin 44 faizində tətbiq olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video