28 Iyul 2021 23:17
5928
Səhiyyə, CƏMİYYƏT
A- A+

Koronavirusa qalib gələnlərin yüksək kalorili qidalara ehtiyacı var

 

Rasion, koronavirusa qalib gələn insanlar üçün çox böyük əhəmiyyət kəsb edir. COVID-19-dan sonra sağalan xəstələr üçün, koronavirusu nə dərəcədə ağır keçirdiklərindən asılı olaraq, yeməklərin kalori dəyərini gündə bədən çəkisinin hər kiloqramına 20-30 kaloriyə qədər artırmaq lazımdır. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, əzələ toxumasındakı atrofik dəyişiklikləri aradan qaldırmaq və böyrəklərə kömək etmək üçün yüksək enerji sıxlığı göstəricilərinə malik və çox miqdarda zülal olan qida məhsullarını seçmək lazımdır.

Mütəxəssislər hər gün ən azı üç-dörd porsiya süd və mayalanmış süd məhsulları, balıq, yumurta, quş əti, emal edilməmiş ət, lobya və soya məhsulları qəbul etməyi məsləhət görürlər. Eyni zamanda, pəhrizin müxtəlif çeşidli olması çox vacibdir, çünki bu yolla daha çox qida komponentinin əldə edilməsinə nail olmaq olar. Meyvə və tərəvəzləri, xüsusən də mövsümi olanları, unutmaq olmaz.

Üç əsas qida qəbulu və iki-üç qəlyanaltı daxil edilməli olan qidalanma rejimi böyük əhəmiyyət kəsb edir. Porsiyaların kiçik olması və daha tez-tez qəbul edilməsi daha yaxşı olar, bu, gün ərzində müntəzəm doymanı təmin edir. Sonuncu qida qəbulu isə insanın yatmağa getməsindən 3-4 saat əvvəl tövsiyə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video