21:15 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Koreyalı planetin ən ağıllı adamıdır
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
10:03 19.03.2014
Adı Ginnesin rekordlar kitabına düşən Kim Unq–onq planetin ən ağıllı adamı hesab olunur.

Onun intellektinin əmsalı 210-a bərabərdir, halbuki intellekt əmsalı 140 olanlar dahi hesab edilirlər.
1962-ci ilin mart ayında Koreyada anadan olan Kim Unq–Yonq artıq 6 aylığında danışa bilmiş, 3 yaşda isə Koreya, yapon, alman, ingilis və portuqal dillərində fikrini izah etməyə başlamışdır. Hər hansı dili mənimsəmək üçün ona 1 ay kifayət edirdi. Dahi uşaq riyazi təfəkkürünə görə də seçilirdi. Beş yaşında ikən o, mürəkkəb differensial bərabərlikləri həll edir, şeir yazır və rəsm çəkirdi.
Səkkiz yaşlı Kim Unq–Yonq NASA təqaüdünə layiq görülərək, ABŞ-a köçür. Kolorado Universitetini 15 yaşında bitirən koreyalı gənc fizika üzrə elmlər doktoru dərəcəsini alaraq, elmi fəaliyyətlə məşğul olur və 100-ə yaxın elmi məqalənin müəllifidir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM