26 Iyul 2019 12:44
1280
Səhiyyə
A- A+

Kondisioner insanın sağlamlığına necə təsir edir


Adamların çoxu belə hesab edir ki, uzun müddət kondisionerin qarşısında olan insan ciddi xəstələnə bilər.

AZƏRTAC "MedikForum” saytına istinadla xəbər verir ki, Lourens adına Milli Laboratoriyanın (Kaliforniya Universiteti, Berkli, ABŞ) bir qrup alimi kondisionerin insanlara müxtəlif şəkildə təsir göstərdiyini sübut edib, çünki hər kəsin orqanizminin fərdi xüsusiyyətləri var.

Alimlər hesab edirlər ki, burada hər şey kondisionerdən necə istifadə edilməsindən asılıdır. Ondan düzgün istifadə edilsə, xəstələnmə mümkün deyil. Araşdırma nəticəsində məlum olub ki, əhvalın pislənməsindən şikayətlənənlər çox vaxt ofis işçiləri olur. Bu fenomen "xəstə binalar sindromu” adlanır. Kondisionerlərin yanında çalışan ofis işçiləri özlərini halsız hiss edir, tez-tez öskürür, zökəm olurlar, tənəffüsləri pisləşir, boğazları quruyur, baş ağrıları yaranır.

Alimlərin sözlərinə görə, kondisionerin işi insanın psixikasına təsir göstərir. Otaqda hava çox isti və ya soyuq olanda insanın əmək məhsuldarlığı azalır.

Mütəxəssislər kondisionerin müsbət təsirləri arasında havanın düzgün filtrasiyasını xüsusi qeyd edirlər. Bu halda havanı çirkləndirən hissəciklər insan orqanlarına düşə bilmir.

Alimlər müəyyən ediblər ki, kondisionerdən düzgün istifadə edildikdə o, ürək-damar xəstəliklərinə tutulma riskini azaltmağa kömək edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video