11:34 15 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:09 15.06.2021

Tarixin dönüş məqamı


01:06 15.06.2021

Qurtuluş dastanı


01:00 15.06.2021

15 iyun müqəddəs tarixdir


00:50 15.06.2021

BİLDİRİŞ


00:49 15.06.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kolumbiyada etirazlar zamanı  846 nəfər yaralanıb
ANA SƏHİFƏ / DÜNYA
20:58 06.05.2021

 

Ötən ayın 28-dən başlayaraq Kolumbiyanın bir sıra şəhərlərində hökumət əleyhinə etirazlar keçirilir. İnsanlar ölkədə vergi islahatının əleyhinə çıxırlar. RBK telekanalının xəbərinə görə,  ölkənin ən iri şəhərlərində — Boqota, Medelyin, Kali və Pereyrada bir həftədir nümayişlər davam edir.
Kolumbiyanın Milli müdafiə naziri Diyeqo Molano bildirib ki, hökumət əleyhinə etirazlar zamanı 846 nəfər yaralanıb.
Nazirin dediyinə görə, etirazçıların hərəkətləri nəticəsində bir polis kapitanı qətlə yetirilib, hüquq-mühafizə orqanlarının 540 əməkdaşı və 306 mülki şəxs yaralanıb, onlarla obyekt və binaya ziyan vurulub.
BBC telakanalının verdiyi xəbərə görə, etirazlar zamanı azı 19 nəfər həlak olub.
 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM