25 Sentyabr 2014 05:09
355
Elm və texnika
A- A+

Kolumbiya Azərbaycanın neft sənayesindəki təcrübəsinə maraq göstərir

Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Xose Xater Penya Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-in mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bu ali təhsil ocağının rəhbər heyəti ilə keçirilən görüşə qonağa məktəbin yaranma tarixi, məqsədi və başlıca hədəfləri haqqında məlumat verilib. Rektor Elmar Qasımov bildirib ki, ali məktəbdə tədris prosesi Avropa Kredit Transfer Sisteminin şərtlərinə uyğun təşkil edilir və Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə qurulan əməkdaşlıq münasibətləri çərçivəsində həmin universitetin tədris proqramları tətbiq olunur. Dərslərdə keyfiyyətə nəzarət, imtahanların keçirilməsi və qiymətləndirilməsi prosesi tərəfdaş universitet tərəfindən həyata keçirilir.
Qonaq Bakı Ali Neft Məktəbi ilə tanışlıqdan məmnunluq duyduğunu ifadə edib və məktəbdə qısa zamanda görülən işləri və əldə olunan uğurları yüksək qiymətləndirib. Kolumbiyada kifayət qədər karbohidrogen ehtiyatlarının olduğunu bildirən müvəqqəti işlər vəkili ölkəsinin qədim neft tarixinə malik Azərbaycandan müvafiq təcrübənin öyrənilməsinə maraq göstərdiyini qeyd edib. O, eyni zamanda, Kolumbiya universitetləri ilə BANM arasında qarşılıqlı əlaqələrin qurulmasına hərtərəfli dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Sonra Əssəd Xose Xater Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb və tədris prosesi ilə maraqlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video