03 Iyul 2012 03:07
467
PARLAMENT
A- A+

Kolumbiya Azərbaycan ilə hərtərəfli əlaqələrin inkişafında maraqlıdır

 

İyulun 2-də Milli Məclisdə Azərbaycanda səfərdə olan Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədri, senator xanım Alexandra Moreno Pirakivenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu arasında görüş keçirilib.   

İşçi qrupun rəhbəri, Milli Məclisin deputatı Xanlar Fətiyev deyib ki, Azərbaycan ilə Kolumbiya coğrafi baxımdan uzaqda yerləşsələr də, xalqlarımız arasında çox mehriban və sıx dostluq münasibətləri var: "Azərbaycan bu münasibətlərə mühüm əhəmiyyət verir. Kolumbiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqq səsini dəstəkləməsini, xüsusən də Xocalı soyqırımının tanınması barədə qərar qəbul etməsini yüksək qiymətləndiririk. Ümid edirik ki, əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək və sizin bu səfəriniz əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcək".

Sonra işçi qrupun üzvlərindən Asim Mollazadə, Sahibə Qafarova, Rauf Əliyev və başqaları Azərbaycanın dinamik inkişafı, həyata keçirdiyi irimiqyaslı regional layihələr barədə ətraflı məlumat veriblər.

Senator xanım Alexandra Moreno Pirakive göstərilən qonaqpərvərliyə görə nümayəndə heyəti adından minnətdarlığını bildirib. O deyib ki, Kolumbiya Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır: "Düşünürük ki, ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafı üçün geniş imkanlar var. Bu səfərin əsas məqsədi parlamentlərimiz arasında əməkdaşlığın, eləcə də digər sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Kolumbiyada da qaçqın problemi var və bu baxımdan Azərbaycanın ağrı-acısını yaxşı başa düşürük".

Görüşdə Kolumbiya ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət, idman, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılmışdır.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video