04 Fevral 2012 02:02
371
İQTİSADİYYAT
A- A+

Köhnə yataqlarda yeni quyular qazılır

 

Kompleks Qazma İşləri Trestinin ''Neft Daşları'' Dəniz Qazma İşləri İdarəsi tərəfindən ''Darvin bankası'' yatağında 2 yeni quyunun qazmasına başlanılmışdır.

Yataqdakı 660 nömrəli meydançadan Qirməki Dəstəsinə qazılan 727 nömrəli quyunun layihə dərinliyi 1540 metrdir. Quyudan sutkada 7 ton neft hasil olunacağı gözlənilir. 620 nömrəli meydançadakı 621 nömrəli quyunun layihə dərinliyi 1280 metrdir. Geoloqların hesablamalarına görə, Qirməki Altı Lay Dəstəsinə qazılan bu quyudan sutkada 5 ton neft hasil ediləcək.  Quyular ''Azneft'' İstehsalat Birliyinin ''Abşeronneft'' NQÇİ-nin sifarişi ilə qazılır.

"Günəşli" yatağında isə 13-cü özüldən

46 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. "SOCAR-AQŞ" Müştərək Müəssisəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılmış quyu 4053-4044 metr intervaldan sutkada 95 ton neft, 47 min kubmetr qaz hasilatı ilə işləyir. Quyu "28 May" NQÇİ-nin sifarişi ilə qazılmışdır.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video