01:57 26 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:48 26.09.2021

27 sentyabr saat 06:00...


00:45 26.09.2021

Qüdrətin nümayişi


00:37 26.09.2021

27 sentyabr


00:32 26.09.2021

Vətən olan torpaq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Köhnə problem həllini gözləyir
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
02:50 06.11.2018


Şəhərimiz gündən-günə gözəlləşir. Güzəranımız yaxşılaşmaqla yanaşı, məişət problemlərimiz də həll edilir. Yeni məktəblər, uşaq bağçaları tikilib istifadəyə verilir. Yollara yeni asfalt örtük salınır. Park və xiyabanlara, abad məhəllələrə baxdıqca adamın ürəyi dağa dönür.

Hörmətli redaksiya!

Bununla yanaşı, bəzi hallarda bu gözəlliklərə dəyər verib onu qoruya bilmirik. Məsələn, yaşadığımız Gəncə şəhərinin Poçt qəsəbəsindəki Qurtuluş küçəsi barədə bu sözləri demək olmur. Belə ki, təxminən 10 il əvvəl 7 binanın əhatə etdiyi meydançada sakinlərin istirahəti, uşaqların isə əylənməsi üçün yaxşı şərait yaradılmışdı. İdman meydançası düzəldilmişdi. Burada gənclər boş vaxtlarında idman yarışları keçirirdilər. İndi həmin ərazidə baxımsızlıq ucbatından avadanlıqlar tamamilə sıradan çıxmışdır. Hətta yağış yağanda magistral yoldan keçib evimizə gedə bilmirik. Bundan başqa, su çatışmazlığından burada yaşıllıqlar da məhv olub. Hətta küçə işıqlandırılması da yararsız vəziyyətdədir. Gəncə Şəhər Elektrik Şəbəkəsinə müraciət edəndə deyirlər ki, siz lampaları alın, biz gəlib dəyişək.

Bir neçə ay əvvəl çoxmənzilli binaların yanında fərdi ev tikintisinə başlananda sakinlər narazılıq etdilər. Çünki həmin ev artezian quyusunun düz üstündə tikilirdi. Bir müddət keçdikdən sonra artezianda problem yarandı. Su idarəsindən gəlib heç nə edə bilməyəcəklərini söylədilər. Nəticədə məhəlləmiz susuz qaldı.

Qəsəbədə yaranmış bu və digər problemlərlə bağlı aidiyyəti idarə və təşkilatlara müraciət etmişik. Nəticəsi hələ yoxdur.

Hörmətli redaksiya!

Qəsəbəmizin problemlərinin həllində bizə kömək göstərməyinizi xahiş edirik.

İdris ƏLİYEV,

Gəncə şəhəri, Poçt qəsəbəsi


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM