Köçəri quşlar Azərbaycandan niyə yan uçur?
İqlim dəyişikliyi və insanların təbiətə kortəbii müdaxiləsi quşların miqrasiyasına mənfi təsir göstərir
Payızda Azərbaycana köçəri quşların dəstə-dəstə köç etməsini, burada qışlamasını, yazda isə yenidən geri qayıtmasını təbiətin dəyişməz qanunu kimi qəbul etmişik.
Sanki hər zaman belə olmalı, hər ilin payız və yazında sayı bilinməyən, ucsuz-bucaqsız xətt üzrə düzülən quşlar səmalarımızda pərvazlanaraq şimaldan cənuba, cənubdan şimala tələsməlidirlər.
Lakin artıq təbiətin bu qanunauyğunluğu ölkəmizdə bir qədər dəyişib. Ətraf mühitdəki təbii dəyişiklik və insanların təbiətə kortəbii müdaxiləsi uzaq ellərdən uçaraq Azərbaycana köç etmək, qışlamaq üçün gələn quşlar aləminə də təsir göstərib.
“Sədərək”, “Binə” köçəri quşlara qənim oldu
Azərbaycan Ornitoloji Cəmiyyətinin (AOC) sədri, dosent Elçin Sultanov deyir ki, ölkəmizə hər zaman qışlamaq üçün şimaldan daha çox qazkimilər, ördəkkimilər, maygülülər, batağanlar gəlir. Su bataqlıq quşları isə Azərbaycandan keçməklə cənuba doğru uçur və qışı Afrikada keçirirlər. Quru quşları Azərbaycana əsasən yazda gəlir, belə quşların çoxu payızda qışlamaq üçün Afrikaya, bir qismi isə Hindistana köç edir.
Ornitoloq bildirir ki, tədqiqatlar aparılmadığı üçün ölkəyə miqrasiya edən köçəri quşların dəqiq sayı bilinmir. Lakin müşahidələrə əsasən, son illər ərzində Azərbaycana miqrasiya edən quşların sayının azaldığını söyləmək olar.
Bunu birbaşa dünyada baş verən iqlim dəyişikliyi - qışın mülayim keçməsi ilə əlaqələndirən alimin sözlərinə görə, ölkəmizə köç edən quşların sayının azalması ümumən qışda köç edən quşların sayının azalması demək deyil: “Çox güman ki, köç edən quşlar heç Azərbaycana gəlib çatmır. Qış isti keçəndə onlar şimal ərazilərdə - Şimali Qafqazda, Həştərxanda və digər yerlərdə qışlayırlar. Su quşlarının qışlaması üçün böyük su hövzəsinin - su anbarlarının, gölməçələrin olması lazımdır. Əgər göllər varsa və onlarda su rejimi dəyişməyibsə, quşlar həmin yerlərdə qalıb qışlayırlar. Amma göl qurudulubsa, onda quşlar qışlaya bilmirlər və başqa yer axtarırlar”.
Qışlama yerlərinin azalmasına təsir göstərən digər amillərdən danışan mütəxəssis əlavə edir ki, bəzi yerlərdə tikililərin aparılması və göllərin qurudulması ölkəmizə qışlamaq üçün ucub gələn quşların sayının azalmasına səbəb olub: “Təəssüf ki, Azərbaycanda göllərə, su hövzələrinə quşların yaşayış yeri kimi baxılmır. Hacıqabul gölü 10 ildir ki, quruyub. Halbuki o göldə əvvəllər hər il 20 min quş, əsasən, ördəklər, flaminqolar və s. qışlayırdı. Köç vaxtı isə oradan bu saydan 10 dəfə çox - 200 min quş keçirdi, yəni müvəqqəti olaraq, göldə dincəldikdən, yemləndikdən sonra oradan ucub gedirdilər. İndi isə göl pis vəziyyətdədir. Quşların yaşayış yeri kimi bura heç kəsi maraqlandırmır”.
Ornitoloq Azərbaycanda quşların əsas böyük qışlama yerlərindən birinin Sarısu gölünün olduğunu, lakin indi onunla bağlı da problemin yarandığını nəzərə çarpdırır: “Bu göldə 300 min ördək və qaşqaldaq qışlayırdı. Vaxtilə Mil-Miğan kollektoru çəkiləndə məsələ qaldırdıq ki, göldə suyun səviyyəsi aşağı düşərsə, quşlar buraya köç edə bilməyəcək. İndi göldə su bir necə metr aşağı düşdüyündən orada qışlayan nəinki 300 min, heç 10 min ördək tapmaq mümkün deyil. Buna görə də Azərbaycanda Sarısu gölü qışlama yeri kimi demək olar ki, öz əhəmiyyətini itirib”.
Elçin Sultanov əlavə edir ki, vaxtilə “Sədərək”, “Binə” ticarət mərkəzlərinin yerində olan Qırmızı göldə kifayət qədər böyük sayda nadir ördəklər qışlayırdı: “Bunu müşahidə etmək üçün dünyanın ayrı-ayrı yerlərindən buraya gəlirdilər. Bakının mərkəzindən 8 km aralı olan bu ərazidə turizmi inkişaf etdirmək olardı. Lakin bu göl quruduldu, onun üzərində ticarət mərkəzləri tikildi, nəticədə Azərbaycanda həmin quşların qışlama yeri tam itirildi. Buna görə indi buradan köç edən quşlar yoxdur”.
“Beşbarmağ”ın dəhliz mistikası
Azərbaycanda quşların köç etdiyi əsas yerlərdən biri Siyəzən rayonunda - “Beşbarmaq” dağı ilə Xəzər dənizinin arasında yerləşir. Burada təxminən 10 km-lik dar dəhliz quşların köç üçün seçdiyi maraqlı yerlərdəndir.
Dəhlizin çox əhəmiyyətli köç yeri olduğunu deyən Elçin Sultanov bildirir ki, bu dar yerdə çox sayda quşun uçması maraqlı görüntü yaradır: “Buraya həm su quşları, həm də yırtıcı quşlar köç edir. Son 10-15 ildə xarici ölkə alimləri bu yerlə çox maraqlanırlar. Orada almanlar tədqiqatlar da aparıb”.
“Beşbarmaq” dağında qoruğun yaradılması üçün işlərin aparıldığından söz açan tədqiqatçı alim həmin ərazidə - dəniz kənarı yaxınlığında quş müşahidə stansiyasının tikiləcəyini açıqlayır. O, quşların köç yeri olan bu ərazidə gələcəkdə turizmin inkişaf edəcəyinə əminliyini də ifadə edir.
Bakı köçəri quşlar üçün yeni sevimli məkana çevrilib
Son illər ərzində quşlar aləmində baş verən dəyişikliklər yalnız köçəri quşların qışlaması və köç etməsi ilə bağlı olmayıb. Çoxumuz şahidik ki, Bakının, Sumqayıtın yaşayış ərazilərində, parklarda dendrafil quşların sayı artıb.
Elçin Sultanov deyir ki, əvvəllər Abşeron yarımadasında ağac çox olmadığı üçün burada, əsasən, yarımsəhra, çöl quşları yaşayırdı. Buna görə də yarımadanın çox kasıb quş aləmi var idi: “Məsələn, 50-60 il əvvəl Bakı şəhərində dağ sərçəsindən başqa demək olar ki, quş, heç adi göyərçin də yox idi. Amma indi Bakıda nə qədər göyərçin var...”
Ornitoloq qeyd edir ki, Abşeron yarımadasında aparılan yaşıllaşdırma işləri bu ərazilərə çöl quşlarından başqa digər quşların da gəlməsinə səbəb olub: “Maraqlıdır ki, artıq Abşeron yarımadasına ağacsız, kolsuz yaşaya bilməyən dendrofil quşlar gəliblər. Bakıda, Sumqayıtda, Xırdalanda qaratoyuq, yaşılça, payız bülbülü və cürbəcür oxuyan quşlar məskunlaşmağa başlayıblar. Bu quşların hamısı ağaca, kola görə buralara gəlib. Əvvəllər isə Bakıda ağacsevər quşlar yox idi, çünki Bakıda, Abşeronda daha çox üzümlüklər, kolluqlar var idi”.
AOC sədri xatırladır ki, əvvəllər nəinki Bakıda, bütün Abşeronda belə qarğa yox idi, amma indi addımbaşı qarğa ilə rastlaşmaq mümkündür. Onun sözlərinə görə, Bakıda bir çoxlarının narazılıqla qarşıladığı bu dəyişikliyin - ala qarğaların sayının artmasının əsas səbəblərindən biri şəhərdəki ağacların sayının çoxalmasıdır: “Ekologiyada dəyişikliklərin baş verməsinə yalnız bir amil təsir göstərmir, amillərin arasında biri sadəcə daha kritik olur. Bakıda indi qarğaların artmasının birinci kritik səbəbi ağacların sayının çoxalmasıdır. Çünki qarğanın yuvalaması üçün böyük ağaclar lazımdır, ağac olmasa, nə qədər zibilxana olursa-olsun, qarğa yuvalamayacaq. Yuvalamaq üçün yer tapdıqdan sonra qarğaya yem lazım olur ki, bu da zibilxanalardadır”.
Qarğaların başqa ölkələrdə də çox olduğunu deyən və bunu normal hal sayan alim hesab edir ki, şəhərlərdə dendrofil quşlar artırsa, qarğalar da artmalıdır. Amma hər yerdə zibil qutuları qapalı olarsa, qarğa və göyərçinlər yem tapa bilməyəcəkləri üçün onların sayı dəfələrlə azalacaq: “İndi bir çox yerlərdə zibil qutularının üstünün açıq olması qarğa və göyərçinlərın böyük şəhərlərimizdə yaşaması üçün şərait yaradır. Bu quşlara dünyanın demək olar ki, bütün böyük şəhərlərində rast gəlinir. Məsələn, Moskva kimi böyük şəhərdə göyərçinlər boldur. Təbiətdə göyərçinlər bir dəfə yuvaladığı halda, Moskvada yem bolluğu olduğu üçün ilboyu yuvalayır, hər iki aydan bir də bala çıxarır”.
Quş ağlının möcüzəsi
Qidalanmaq və nəsil artırmaq üçün bir yerdən digər yerə köç edən quşların getdikləri ünvan onlar tərəfindən kortəbii şəkildə müəyyən edilmir. Miqrasiya edən quşların getmək istədiyi yeri necə tapması ilə bağlı aparılan tədqiqatlar nəticəsində məlum olub ki, onlar gedəcəkləri ünvanı anadangəlmə instinktlərinə əsaslanaraq tapırlar. Quşun getdiyi yeri tapmasında qazanılan təcrübənin əhəmiyyəti də inkar edilmir.
Demək, quşların Azərbaycana qışlamaq üçün ucub gəlməsi və buradan köç etməsi kortəbii şəkildə baş verən hadisələrin tərkib hissəsi deyil. Onlar buraya “planlı” şəkildə dincəlmək, qidalanmaq, qışlamaq üçün gəlirlər. Lakin buraya gəlib çatdıqları zaman köç və qışlama yerlərini tapa bilməməsi onların bəzilərinin tələf olmasına gətirib çıxarır.
Həm də onlar bir daha bura üz tutmurlar...
İlhamə İSABALAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanı...
28 Mart
DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlan...
28 Mart
BMT: Dünyada ərzaqların 17 faizi tullantıya çevrilir
28 Mart
BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə ça...
28 Mart
Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər
28 Mart
Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb
28 Mart
Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək
28 Mart
Mərkəzi Bank uçot dərəcəsini endirib
28 Mart
FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib
28 Mart
TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!